Hind quşu əti

  • Müəllif: elnare
  • Tarix: 20 aprel 2018
  • Baxış sayı: 3 066
  • 0 rəy

Hind quşunun vətəni Amerika hesab edilir. Hind quşu Avropa ölkələrinə 1520-ci ildə gətirilib. Qısa bir zamanda onun əti bütün Avropa ölkələrini heyran etmiş və onu fermalarda və evlərdə bəsləməyə başlamışlar. Erkək hind quşunun boyu 1,2 metrə qədər böyüyə bilir. Hind quşunu yaxşı bəslədikdə onun çəkisi 22 kiloqrama qədər arta bilir. Hind quşu tələbkar və özünə qarşı qulluq tələb edən bir quşdur. 
Hind quşunun dadlı və zərif ətri onu yeyənləri heyran edir. Onun ətini qazanda, sobada və kömürün üstündə bişirirlər.
Keçmişdə hind quşu lələklərindən qadınlar paltarlarının və baş örtüklərini bəzəyiblər. Qədim zamanlarda isə hind quşunun sümüklərindən tikiş iynəsi kimi istifadə edilib.
Hind quşunun 100 qramında 115 kkKalori, 23,5 qram zülal, 1,6 qram yağ, 74 qram su var. 
Hind quşunun dadlı əti var və o dietik ət hesab olunur. Hind quşunun əti digər quşların ətindən daha çox fərqlənir. Buna səbəb isə hind quşunun tərkibində olan vitamin və mineralların digər quşlardakından daha çox olmasıdır. Hind quşunun ətində çoxlu miqdarda fosfor, kalsium, kalium, maqnium, kükürd, selen, dəmir, yod, marqanes, PP, B6, B12, B2 vitaminləri var.
Hind quşu ətinin dadı mal əti ilə toyuq ətinin qarışımına bənzəyir. Onun əti toyuq ətindən daha dadlı olur. Onun tərkibində olan mikroelementlərin miqdarı körpə dana və mal ətində olan mikroelementlərin miqdarına çox yaxındır. Hind quşu ətinin tərkibində olan natrium qanın plazmasına birbaşa təsir edərək onun mübadiləsini sürətləndirir. Ona az midqarda duz vurduqda təzyiq və ürək-damar xəstələrinə əla qida vasitəsi ola bilər. Hind quşu əti qanın plazmasına təsir edərək arterial təzyiqi aşağı sala bilir. Onun ntərkibində olan PP viatmini avitaminozun, sellüidin, beyində baş verən pozulmaların qarşısını ala bilir. Hind quşu digər məhsullara nisbətən orqanizm üçün çox faydalıdır və o xərçəng xəstəliyinin əmələgəlmə riskini aradan qaldırır.
Hind quşunun zərərli xüsusiyyətləri
Podaqradan və böyrək çatışmazlığından əziyyət çəkənlərə hind quşu əti yemək məsləhət görülmür. Onun tərkibində olan zülallar adları çəkilən xəstəliklərin kəskinləşməsinə səbəb olur. Hind quşunun ətində çoxlu miqdarda natrium var. Bu səbəbdən də onu bişirərkən az miqdarda duz vurmaq lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hind quşu əti" haqqında müzakirə