Qırqovul yumurtasının faydaları

  • Müəllif: elnare
  • Tarix: 4 may 2018
  • Baxış sayı: 2 880
  • 0 rəy

Qırqovul yumurtasının tərkibində insan orqanizmi üçün lazım olan bütün minerallar və müxtəlif vitaminlər var. Qırqovul yumurtasının ölçüsü toyuq yumurtasının ölçüsündən kiçik olur. Qırqovul yumurtası tünd boz, boz, açıq boz, yaşıl boz, açıq yaşıl, yaşıl, bataqlıq rəngində ola bilir. Qədim zamanlarda Yunan və Roma aristokratları qırqovulu dekorativ quş kimi qiymətləndirmiş və bağçalarında onları saxlamağı xoşlayıblar. Sonralar qırqovul bütün Avropa ölkələrinə yayılmış, onun ətindən və yumurtasından istifadə edilməyə başlanmışdır. Qırqovulun yumurtasından və ətindən bütün Avropa ölkələrində, Koreyada, Çində, Vyetnamda, Qafqaz ölkələrində istifadə edilir. Qırqovul yumurtasından müxtəlif qidaların, salatların, şirniyyatların hazırlanmasında istifadə edilir. Ondan istifadə edən zaman mətbəx əşyalarından kənarda yaxşı yumaq və sonra istifadə etmək lazımdır. 100 qram qırqovul yumurtasının qida dəyəri:
- Zülallar – 6,5 qr
- Yağlar – 70,8 qr
- Karbohidratlar – 4,2 qr
- Su – 1,5 qr
- Kalori – 700 kKal.
Qırqovul yumurtasının tərkibində A, D, B qrup vitaminləri, ftor, selen, sink, dəmir var. Onun tərkibində olan vitamin və mikroelementlər orqanizmin immunitetini artırır, onun bərpa funksiyalarını möhkəmləndirir. Qırqovul yumurtası hamilə və uşaqəmizdirən qadınlar üçün çox faydalıdır. Qırqovul yumurtası qidalalandırıcı xüsusiyyətlərə malikdir. Qırqovul yumurtası ilə hazırlanmış maskalar saçları parıldadır, üzün dərisini gözəlləşdirir. Aşağıdakı maskalar üzün qidalanmasına və elastikləşməsinə səbəb olur.
* 1 qırqovul yumurtası möhkəm çalınır, üzərinə 1 çay qaşığı qaymaq əlavə edilir və qarışdırılıb üzə sürtülür. Maska 20 dəqiqə üzdə saxlanıldıqdan sonra isti su ilə yuyulub qurulanır. Bu maska normal və quru dəri üçün tətbiq edilir.
* 1 yumurtanın sarısı yaxşı çalınır, üzərinə bitki yağı və limon şirəsi əlavə edilib qarışdırılır. Qarışım üzün dərisinə massaj edilərək sürtülür və 20 dəqiqə saxlandıqdan sonra isti su ilə yuyulur. Maska normal və quru dərilərə tətbiq edilir.
* Dərinin tonusunu qaldırmaq üçün 1 yumurta sarısı 1 çay qaşığı bal, bitki yağı və limon şirıəsi ilə qarışdırılaraq üzə sürtülür. Maska dəridə 20 dəqiqə qaldıqdan sonra isti su ilə yuyulur.
Qırqovul yumurtasının zərərli xüsusiyyətləri
Qırqovul yumurtasının zərərləri barədə heç bir yerdə qeydlərə rast gəlinməyib. Yumurtaya qarşı allergiyası olan adamlarda qırqovul yumurtası allergiya əlamətlərinin əmələ gəlməsinə səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qırqovul yumurtasının faydaları" haqqında müzakirə