Bildirçin

  • Müəllif: elnare
  • Tarix: 11 aprel 2018
  • Baxış sayı: 2 497
  • 0 rəy

Bildirçin toyuqkimilər fəsiləsinə aid olan kiçik quşlardan biridir. Onun 10-a yaxın növü var, amma təəssüflər olsun ki, dünyada bildirçinlərin sayı getdikcə azalmaqdadır. Buna səbəb isə onların insanlar tərəfindən ovlanmasıdır. Təbiətdə bildirçinin bir çox növləri(avstraliya, arlekin, lal,qaradöş və s.) var.
Bildirçinin ən çox yayılan növü adi bildirçindir. Onu ev şəraitində də yetişdirmək mümkündür. Adi bildirçinin boyu 23 santimetr, çəkisi isə 140-150 qram olur. Bildirçin köçəri quşdur. Payızın sonlarında bildirçinlər isti ölkələrə uçub gedirlər. Onların əksəriyyəti müxtəlif ölkələrdən uçaraq Hindistana, Ərəbistana və ya Afrika ölkələrinə gedirlər. Bildirçin ətini soyuducuda 2-3 gün, dondurucuda isə bir neçə ay saxlamaq mümkündür. Mətbəxlərdə bildirçindən ən çox qızartma hazırlayırlar.
100 qram bildirçin ətinin qida dəyəri
- Zülallar – 39,2 qr
- Yağlar – 33,3 qr
- Su – 11,7 qr
- Kalori – 242 kKal.
Bildirçin ətinin tərkibində çoxlu miqdarda zülallar, kalsium, fosfor, aminturşular və vitaminlər var. Onu ev şəraitində böyütmək mümkün olur. Bildirçin əti dietik və müalicəvi ət hesab edilir.
Bildirçin ətində olan kalorinin miqdarı çoxdur. O çox dadlıdır və onun qidalandırıcılıq qabiliyyəti var. Qədim zamanlarda bildirçin ətini ürək-damar sistemi, oynaq, hərəkət dayaq, böyrək, qaraciyər, mədə-bağırsaq xəstələrinə məsləhət görüblər.
Hamilə qadınların və az yaşlı uşaqların bildirçin əti yemələrində fayda var. Onkoloji və əməliyyata hazırlaşan xəstələrə bildirçin əti yemək çox faydalıdır. Bildirçin ətinin tərkibində B qrup vitaminləri çox olduğu üçün mərkəzi sinir sistemi xəstələrinin bu ətlə qidalanmaları xəstəliyin əlamətlərinin azalmasına səbəb olur.
Tərkibində olan PP vitamini damarların mikrosirkulyasiyasını yaxşılaşdırır. Podaqra xəstəliyi zamanı bildirçin əti ilə qidalanmaq xəstəlik əlamətlərini azaldır. Bildirçin əti yemək raxit xəstəliyinin əlamətlərinin aradan qalxmasına səbəb oluir. Tibbi bioloji problemlər ilə məşğul olan alimlər kosmik fəaliyyəti olan adamların bildirçin əti yemələrini məsləhət görürlər. Onların araşdırmaları bu ətin insanın həyat fəaliyyətinə təsir etdiyini sübut ediblər.
Bildirçin əti üzərində aparılan araşdırmalar bu kiçik quşun ətinin insan orqanizmi və onun fəaliyyəti üçün vacib olduğunu sübut edib.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Bildirçin" haqqında müzakirə