Qırmızı turp haqqında bilmədikləriniz
- Müəllif: elnare
- Tarix: 7 aprel 2018
- Baxış sayı: 5 981
- 0 rəy
Qırmızı turp yeməli bitki hesab edilir və ondan dünyanın bir çox ölkələrində qida kimi istifadə edilir. Qida məqsədilə bitkinin kök hissəssindən istifadə edilir. Ən çox da qırmızı turpun diametri 3 sm olduğu zaman dadı gözəl olur. Turpun rəngi qırımızı, çəhrayı və qırmızı-ağ zolaqlı ola bilir. Turpun vətəni Orta Asiya ölkələri sayılır. Bu ölkələrdə turpdan qədim zamanlardan qida vasitəsi kimi istifadə edilib. Qədim zamanlarda turp balla, duzla və ya sirkəyə qoyuımuş halda qida vasitəsi kimi istifadə edilib. Avropa ölkələrinə qırmızı turp XVI əsrdə gətirilib və yetişdirilməsi həmin dövrdən sonra başlanıb. İlk dəfə ondan fransız aşbazları mətbəxtdə istifadə edib. İndi dünyanın bütün ölkələrinin mətbəxində turpdan istifadə edilir. Yemək üçün turpun ən çox nazik qabığa malik olan növlərindən istifadə edilir. Onu torpaqdan çıxardıqdan sonra yarpaqlı şəkildə 1 həftə, yarpağı kəsilmiş halda isə 2-3 gün saxlamaq mümkündür. Turpun tərkibində tiamin, riboflovin və nikotin turşusu var. Onu dadlandıran tərkibində olan yğlardır. Tərkibində turp olan salatlar ödqovucu, şişkinlik əleyhinə təsirə malik olur. Turp iştahı açır, bağırsaq fəaliyyətini yaxşılaşdırır, peristaltikanı aradan qaldırır. Turun şəkərli diabet xəstələrinə, piylənmədən və podaqradan əziyyət çəkənlərə faydası çox böyükdür.
Turp yemək dərini qidalandırmaqla üzü gözəlləşdirir, ürək və damar fəaliyyətini yaxşılaşdırır. Onun tərkibində olan liflər orqanizmi artıq şlaklardan təmizləyir. Turpun tərkibində olan fitonsidlər orqanizmə əsil antibiotik təsiri bağışlayır. Bunun üçün xalq təbabətində soyuqdəymədən əziyyət çəkənlərə turp yemək məsləhət görülür. Qırmızı turpun həm özü, həm də yarpaqları vitamin və minerallarla zəngindir. Bu səbəbə görə də bəzi adamlar onun yarpaqlarından da istifadə edir. Turp qanda şəkərin miqdarını aşağı salmaq qabiliyyətinə malikdir. Amerikanın Ohayo Universitetinin alimləri bənövşəyi rəngdə olan meyvə və tərəvəzlərin yoğun bağırsaq xərçənginin baş verməsinin qarşısını aldığını sübut etmişlər. Bunun səbəbini isə alimlər bənövşəyi rəngdə olan meyə-tərəvəzlərin tərkibində antosianinlərin olmasıdıdr. Alimlərin araşdırmaları antosianinin xərçəng hüceyrələrinin 50-80%-ni məhv etdiyini sübut etmişdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qırmızı turp haqqında bilmədikləriniz" haqqında müzakirə