Süd

  • Müəllif: elnare
  • Tarix: 17 aprel 2018
  • Baxış sayı: 1 581
  • 0 rəy

Süd insanlar və südlə qidalanan kiçik heyvanlar üçün əvəzolunmaz içkidir. Südün tərkibində orqanizmin böyüməsi və inkişaf etməsi üçün lazım olan çoxlu miqdarda maddələr var. Südün tərkibi yağlar, zülallar, vitaminlər, makro və mikro elementlərlə zəngindir.
Südün rəngi onu əmələ gətirən canlının növündən asılı olaraq ağ, açıq sarı, sarı, sarının maviyə çaları rəngdə ola bilir. Südün faydalı xüsusiyyətlərə malik olması qədim zamanlardan bəllidir. Ağciyər və bronx xəstəlikləri zamanı süddən istifadə etmək xəstəlik əlamətlərinin azalmasına səbəb olur. Bu səbəbdən də bronxitlər və vərəm zamanı xəstələrə süd içmək tövsiyə edilir.
Süd ən unikal qidalardandır. Onun tərkibində çoxlu miqdarda vitaminlər, makro və mikro elementlər, süd turşuları var. Südün tərkibində kazein, albumin və qlobulin var. Bu maddələr orqanizmə antibiotik təsiri bağışlayır. Süd bakteriasid, antimikrob xüsusiyyətə malikdir və orqanizmdə infeksiyaların əmələ gəlməsinin qarşısını alır. Südün tərkibində olan doymuş turşular əsəb sistemini nəzarət altına alır. Süd orqanizmi möhkəmləndirir, immuniteti yüksəldir, depressiyanı, yuxusuzluğu aradan qaldırır. Süd orqanizmə sakitləşdirici təsir bağışlayır, bağırsaqların mikroflorasını normallaşdırır, orqanizmin kalsiuma olan tələbatını ödəyir.
Südün tərkibində olan yağ və zülallar orqanizmin fiziki və zehni yorğunluğunu aradan qaldırır. Onun tərkibində olan kalium, kalsium, B12 vitaminləri ürək-damar fəaliyyətini yaxşılaşdırır, maddələr mübadiləsini sürətləndirir. Növündən asılı olmayaraq bütün südlər soyuqlama, qripp və angina əlamətlərinin aradan qalxmasını sürətləndirir. Südə bal və kərə yağı əlavə edib içmək boğazı yumşaldır, öskürəyi aradan qaldırır, bəlğəmin boşalmasını sürətləndirir. Mədə turşuluğunun çox olduğu və xroniki mədə qıcqırmaları zamanı süd içmək çox faydalıdır. Südün tərkibində olan lizosin amin turşusu yara sağaldıcı, təsirə malikdir.
Südün zərərli xüsusiyyətləri
Bəzi adamların latozaya və kazeinə qarşı allergiyası olur. Kazein ən çox inək südündə olur. Ona qarşı allergiyası oaln adamlarıa süd allergiya əlamətlərinin əmələ gəlməsinə səbəb olur. Süd içdikdən sonra dərisində qaşınma, səpgilər, boğaz nahiyəsində şişkinlik, ürəkbulanma, qarında köpmə olan adamlar süd qəbulunu dayandırmalıdırlar. Süd içdikdən sonra ürəkbulanma və qarında ağrı hissi meydana çıxdığı zamanlarda da süd qəbulunu dayandırmaq lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Süd" haqqında müzakirə