Mərci

  • Müəllif: elnare
  • Tarix: 20 aprel 2018
  • Baxış sayı: 5 664
  • 0 rəy

Mərci xırda ölçüdə, sığallı və birillik taxıl bitkisidir. Mərcinin tərkibi bitki zülalları ilə zəngindir. Mərcidən tarix boyu qida vasitəsi kimi istifadə edilib. Onun bir neçə növü var. Onun növlərinə görə rəngləri müxtəlif olur. Qəhvəyi rəngdə olan mərcinin dadı və ətri qozun dadına və ətrinə çox yaxındır. Mərcidən şorbaların, plovların, salatların hazırlanması zamanı geniş istifadə edilir. O Asiya mətbəxinin əzəzolunmaz qidası sayılır. Mərci unundan vegeteryanlar xörək və pirojkilər bişirirlər. Onu quru və konservləşdirilimiş halda almaq mümkündür. Mərci tünd sarı, açıq sarı, qara və qəhvəyi rəngdə ola bilir. Satışına və yetişdirilməsinə görə birinci yerdə qəhvəyi rəngdə olan mərci durur. Amerikada ən çox bu növ mərcidən istifadə edilir. Ondan salatların və tərəvəz yeməklərinin hazırlanmasına istifadə olunur.
Tünd sarı mərci beluqa kürüsünə bənzədiyi üçün onu bu adla adlandırırlar. Ölçüsünə görə ən iri mərci qara mərci hesab edilir. Qırmızı mərci isə ən dadlı və qidalılıq dəyəri yüksək olan mərcidir.
Quru 100 qram mərcinin tərkibində 110 kalori, 25 qram zülal, 46 qram karbohidrat, 1,6 qram yağ var.
Mərcinin tərkibində çoxlu miqdarda bitki zülalları var. Bu zülallar orqanizm tərəfindən asan sorulan zülallardır. Onun tərkibində amin turşuları və triptofanın miqdarı digər taxıl bitkilərindən azdır. Mərcinin tərkibində yağların miqdarı noxuddakından az, dəmirin miqdarı isə çoxdur. Onun tərkibində olan fol turşusunun miqdarı isə bütün taxıl bitkilərinin tərkibində olan folun miqdarından çoxdur. Mərci yemək maddələr mübadiləsinin yaxşılaşmasına, immunitetin artmasına, sidik-cinsiyyət sistemi fəaliyyətinin artmasına səbəb olur. O həzmi yaxşılaşdırmaqla bağırsaq fəaliyyətini normallaşdırır. Mərci yemək düz bağırsaq xərçənginin əmələ gəlməsinin qarşısını alır. Mərcinin tərkibi mikro və makro elementlərlə(dəmir, kalium, kalsium, fosfor, marqnans, molibden, bor, kolbat, sink, bor və s.)zəngindir. Onun tərkibində Omeqa3, Omeqa6, B, PP, A, C vitaminləri var. Mərcinin tərkibində də digər taxıl bitkilətində olan qədər maqnium var. Tərkibində olan maqnium, dəmir və molibden sinir və ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Onun tərkibində olan amin turşuları orqanizmində serotoninə çevrilir. Bu səbəbdən də mərci yemək depressiyanın aradan qalxmasına və sinir sisteminin sakitləşməsinə səbəb olur. Mərcinin tərkibində isoflavon var. Bu maddədən döş xərcənginin müalicəsində istifadə edilir. Mərci qaynadıldıqda və konservləşdirildikdə belə tərkibində olan isoflavon öz keyfiyyətini itirmir. Həftədə ən azı 2 dəfə mərci yemək qanda şəkərin miqdarının aşağı düşməsinə səbəb olur.
Onikibarmaq bağırsaq yarası və kolit zamanı mərci püresi yemək çox faydalıdır. Onun tərkibində olan kalium ürək əzələsini möhkəmləndirir. Mərci maddələr mübadiləsini yaxşılaşdırır, tərkibində olan mineral və vitaminlər isə orqanizmi möhkəmləndirir.
Mərcinin zərərli xüsusiyyətləri
Podaqra, sidik turşusu diatezi və oynaq xəstəlikləri zamanı çoxlu miqdarda mərci yemək məsləhət görülmür. Mədəsində diskomfort hissi olanlara mərci yeyərkən diqqətli olmaq məsləhət görülür.
Mədəaltı vəzi, öd kisəsi və kəskin ürək-damar xəstəlikləri zamanı mərcidən istifadə edərkən həkimlə məsləhətləşmək tövsiyə edilir.
Bəzi böyrək xəstəlikləri zamanı mərci yeyərkən diqqətli olmaq məsləhətdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Mərci" haqqında müzakirə