Südün orqanizmə təsiri
Südün tərkibi aşağıdakılardan ibarətdir:
– su – 87,4%
– südün yağlılığı – 3,5%
– zülal 2,6%
– laktoza – 4,8%
– minerallar – 0,8%
– azotlu birləşmələr – 0,05%
– vimaminlər, fermentlər, hormonlar.
Mütəxəssislər südün orqanizmdə ola ağır metal duzlarının və toksinlərin xaric etmək qabiliyyətinə malik olduğunu sübut etmişdir. Mütəxəssislər qanında kifayət qədər ağır metal duzları olan adamlar üzərində könüllü surətdə eksperimentlər aparmışlar. Onların araşdırmaları 1 ay ərzində yarım litr süd içən xəstələrin qanının təmizləndiyini təsdiq etmişlər. Amma onlar süd içməyi hamıya məsləhət bilmirlər. Belə ki, bəzi hallarda süd içmək insanlarda həzm sisteminin pozulmasına səbəb ola bilir. Bu aşağıdakı hallarda baş verə bilir:
– turşu məhsulları qəbul edildiyi zaman
– laktoza çatışmazlığı zamanı.
Süd içmək insanlarda mədə turşuluğunu azaldır, ürək ynğısını aradan qaldırır, orqanizmdə bioloji aktiv maddələrin artmasına səbəb olur. Uzun müddət süd qəbul etmək qadınlarda ovulyasiyanın normallaşmasına və bu səbəbdən baş verən sonsuzluğun aradan qalxmasına səbəb olur. Bundan başqa südün tərkibində olan D vitamini diş xəstəliklərinin və osteoparozun baş verməsinin qarşısını alır. Süd içmək orqanizmdə mineral mübadiləsini sürətləndirir və sümük toxumasında kalsiumun miqdarını normallaşdırır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Südün orqanizmə təsiri" haqqında müzakirə