Darı yarmasının faydaları
Darının tərkibi 12-15% zülallardan, 2-4% yağlardan, 0,5-0,8% liflərdən, az miqdarda şəkərdən, B1, B2, PP vitaminlərindən, kalium və maqniumdan ibarətdir. Onun tərkibi əvəzolunmaz amin turşularla, mikro və makro elementlərlə, fol turşusu ilə zəngindir.
Onun tərkibində olan zülalların miqdarı düyüdə olduğu qədər, yağların miqdarı isə yulafın tərkibində olduğu qədərdir.
Tibbdə darı gücü artırmaq, möhkəmləndirici məqsədlə qəbul edilir. Darı əzələ sisteminin möhkəmlənməsinə səbəb olur. Darı tez bişən dənli qidalardandır. Ondan şorbaların və digər qidaların bişirilməsində, pudinqlərin hazırlanmasında istifadə edilir. Atereskleroz, şəkərli diabet xəstələrinə darı şorbası yemək çox faydalıdır.
Darı yeməkləri ilə qidalanmaq orqanizmdən antibiotik artıqlarının və toksinlərin xaric olunmasını sürətləndirir. Xalq təbabətində darıdan aşağıdakı xəstəliklər zamanı istifadə edilir.
Şiş xəstəlikləri zamanı 1 xörək qaşığı darı 2 stəkan suda 15 dəqiqə qaynadılır, 21 saat termosda saxlanılır. Həmin dəmləmə gündə 3 dəfə ½ stəkan olmaqla qəbul edilir.
Şəkərli diabet xəstəliyində darı yuyulur və qurudulur. Üzərinə qaynar su əlavə edilir və 2 saat saxlanılır. Bu su gündə 3 dəfə ½ stəkan olmaqla qəbul edilir.
Darının zərərli xüsusiyyətləri
Çoxlu miqdarda darıdan istifadə edən kişilərdə cinsi zəiflik meydana çıxa bilir. Çoxlu miqdarda darı yemək orqanizmdən yodun sorulmasını ləngidir. Bəzi həkimlər darıdan çox istifadə edənlərə yod preparatları qəbul etməyi məsləhət bilir. Yod çatışmazlığından əziyyət çəkənlərə darı yeyərkən həkimləri ilə məsləhətləşmələri tövsiyə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Darı yarmasının faydaları" haqqında müzakirə