Hər gün süd içsəniz sizdə aşağıdakı xəstəliklər əmələ gəlməz.
Süd məhsulların əsrlər boyu insanlar qida vasitəsi kimi istifadə edib.İnsanlar əvvəlcə ana südü ilə qidalanır,sonra isə yaşlandıqca müxtəlif süd məhsullarından istifadə edir.Südün və süd məhsullarının qida dəyərliliyin çox yüksəkdir.Onun tərkibi çoxlu vitamin və mikroelementlərlə zəngindir.Bu mikroelementlər isə bağırsağın mikroflorasının inkişafı və fəaliyyəti üçün çox vacibdir.
Südün uşaqların həyatında rolu
Südün uşaqların həyatında rolu çox böyükdür.Əsas da azyaşlı uşaqların sağlam böyüməsində südün əhəmiyyəti vardır.Araşdırmalar uşaqlıq yaşlarında az süd içən uşaqlarda böyüyən zaman kalsium çatışmazlığının meydana çıxgığını qeyd edirlər.
Mütəxəssislərin elmi araşdırmaları yetərincə süd içərək böyüyən uşaqların bədən və boy ölçülərinin daha normal inkişaf etdiyini qeyd edirlər. Uşağın sağlam gənc olması üçün onun orqanizminin südün tərkibində olan zülala böyük ehtiyacı olur.
Azyaşlı uşağın gündəlik menyusuna südün daxil edilməsi onun sümük toxumasının kalsiumla zənginləşməsinə və sümüklərinin möhkəmlənməsinə səbəb olur.Sümüklərinin möhkəm inkişaf etməsi üçün müüxtəxəssislər uşaqların hər gün ən azı 200 ml süd içmələri vaibdir.
Südün böyüklərin həyatında rolu
Tərkibindəki vitamin və mineralların orqanizmə verdiyi faydalara görə südün böyüklərə də faydası çoxdur. Çünki süd turşusu məhsulları bağırsaqların fəaliyyətini yaxşılaşdırır və həzmi sürətləndirir. Süd məhsularının qəbulu bağırsaqlarda kalsiumun,fosforun,maqniumun və dəmirin sorulmasına səbəb olur. Süd və süd məhsullarının tərkibində çoxlu probiotiklər,bakteriyalar,vitaminlər orqnizmə çox fayda verir.
Pendirin tərkibindəki zülalın miqdarı ətin bə balığın tərkibində olan zülalın miqdarından daha çoxdur.
Kefirin və qatığın tərkibində olan göbələklər və bakteriyalar mədə-bağırsağın florasını yaxşılaşdırır və stimulyasiya edir.
Kərə yağının tərkibi yağda həll olan vitaminlərlə zəngindir.Kərə yağı hüceyrələrin qidalanmasına və yenilənməsinə səbəb olur,hormonların sitezində iştirak edir,görmənin,dərinin,dişlərin və sümüklərin inkişafına təsir edir. Gün ərzində orta yaşlı adamın 30 qram kərə yağı yeməsi orqanizm üçün çox faydalıdır.
Südün orqanizmə faydası olduğu qədər də zərəri vardır. Belə ki, süd içmək bəzi insanlara xeyirdən çox zərər verir. Bu sözlər südə qarşı allergiyası olan adamlara aiddir.Süd allergiyası özünü dəridə səpgilər,mədə-bağırsaq pozğunluqları,ürək-damar sistemində baş verən xəstəliklər şəklində özünü gəstərə bilir. Orqanizm gün ərzində 1200 mq kalsium qəbul etməlidir. Bunu süd və ya süd məhsulları vasitəsilə qəbul etmək mümkündür. Südün qəbulu osteoporoz və hipoertoniya xəstəliklərinin profilaktikasına çox faydalıdır.Orta yaşlı adamın hər gün süd içməsi onun gələcəkdə təzyiqdən və sümük əriməsi xəstəliyindən qoruya bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Hər gün süd içsəniz sizdə aşağıdakı xəstəliklər əmələ gəlməz." haqqında müzakirə