Ağciyər xəstəliklərini nənələrimiz necə müalicə edib?

  • Müəllif: elnare
  • Tarix: 11 aprel 2018
  • Baxış sayı: 3 429
  • 0 rəy

Ağciyər xəstəliklərini nənələrimiz necə müalicə edib? Öskürəkdən xilas olmaq istəyirsinizsə mütləq oxuyun!
Bir çox insan ağciyər xəstəliklərindən əziyyət çəkir. Ən geniş yayılmış ağciyər xəstəlikləri isə astma bronxit və müxtəlif cür öskürəkdir. Bu xəstəliklərin meydana çıxmasına infeksiyalar, allergiya, siqaretçəkmə və s. səbəb ola bilir. İndi öskürəyin sağalması üçün bir çox dərmanlar mövcuddur. Bizim nənələrimiz yaşayan dövrlərdə isə bu cür dərmanlar olmadığı üçün onlar müxtəlif vasitələrlə öskürək əlamətlərini aradan qaldırıblar. Sizlərə öskürəkdən xilas olmaq üçün nənələrimizin istifadə edtiyi bir resepti təqdim edirik:
Tərkibindəkilər:
* qırmızı-bənövşəyi rəngli soğan – ½ kq
* şəkər tozu – ½ kq
* limon – 2 ədəd
* xalis bal – 7 xörək qaşığı
Hazırlanma qaydası:
1. Şəkər tozu metal qaba tökülür və zəif odun üzərində qarışdırılır.
2. Soğanlar xırda-xırda doğranır və şəkər tozuna qatılır. Bu zaman qaba az miqdarda su əlavə edilir.
3. Qarışım zəif odda suyunu çəkənə qədər qaynadılır.
4. Qab odun üstündən götürülür və soyumağa qoyulur.
5. Soyuduqdan sonra bal və limonlardan sıxılmış şirə əlavə edilərək qarışdırılır.
6. Qarişim bir gecə saxlanılır və tənzifdən süzülərək şüşə qaba yığılır.
İstifadə qaydası:
Bu dərmandan hər qida qəbulundan qabaq 1 xörək qaşığı içilir. Qarışımdan tam sağalma baş verənə qədər qəbul etmək lazımdır. Əgər sizdə də ağciyər xəstəlikləri və öskürmə varsa o zaman bu təbii dərman vasitəsini qəbul edərək onun faydasından yararlana bilərsiniz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ağciyər xəstəliklərini nənələrimiz necə müalicə edib?" haqqında müzakirə