Yerkökü

  • Müəllif: elnare
  • Tarix: 5 aprel 2018
  • Baxış sayı: 7 255
  • 0 rəy

Yerkökü ikiillik ot bitkisi olub, kərəviz ailəsinə daxil olan bitkilər sırasınadır. Onu yetişdirən zaman kök hissəsi 1 ilə formalaşır, ikinci il isə çiçək açmağa başlayır. Yerkökünün çiçəkləri bəzəkli çətirə bənzəyir.
Yerkökü çox faydalı tərəvzdir. Bu xüsusiyytinə görə də bostan becərməklə məşğul olanların əksəriyyəti yerkökü yetişdirir. Yerkökünün əsasən torpaqda qalan hissəsindən qida sənayesində istifadə edilir. Onu asanlıqla öz bostanınızda yetişdirə və ya bazar və marketlərdən hazır ala bilərsiniz. Amma, marketlərdən yerkökü alan zaman onun kimyəvi vasitələrlə yetişdirilməməsinə əmin olmaq lazımdır.
Yerkökü A vitamini ilə zəngindir. O salatlaarda ən ideal tərəvəz məhsulu sayılır. Yerköküdən dünyanın bütün mətbəxlərində istifadə edilir. Onu təzə və ya konservləşdirilmiş şəkildə istifadə etmək mümkündür.
Yerkökünü ilk dəfə qida vasitəsi kimi deyil, ətirli yarpaqlarından faydalanmaq məqsədilə yetişdirilib. İstifadə etdiyimiz yerkökü Avropa öklələrinə XIII – X əsrlərdə gətirilib. 
Yerkökü ən çox Aralıq dənizi sahələrində, Afrika, Avstraliya, Yeni Zellandiya və Amerika ölklələrində daha geniş sahələrdə yetişdirilir . Onun 60-a yaxın növü var.
Yerkökünün tərkibində A, B, PP, C, E, K vitaminləri, karotin, 1,3% zülal, 7% karbohidrat və orqanizm üçün lazım olan minerallar (kalium, dəmir, fosfor, maqnium, yod, sink, xrom, nikel, ftor və s.) var. Onun tərkibində çoxlu efir yağları var.
Yerkökünün tərkibində olan beta-karotin ağciyərlərin fəaliyyətini sürətləndirir. Tərkibində olan A vitamini insan orqanizmi - əsasən də gənc qadınlar üçün çox faydalıdır. A vitamininin və beta-karotinin çox olması yerkökünün göz xəstələri üçün vacib qida maddəsi olmasını sübut edir. Yerkökü yemək görmənin yaxşılaşmasına, göz əzələlərinin möhkəmlənməsinə, yaxıngörmədən, konyuktvitdən, blefaritdən, toyuq korluğundan əziyyət çəkənlər üçün əla qida vasitəsi hesab edilir. Yerkökü şirəsi avitaminozlardan, ürək-damar, böyrək, mədə xəstəliklərindən, poliartritdən, minerallar mübadiləsinin pozğunluqlarından əziyyət çəkən xəstələr üçün əvəzolunmaz sayılır. Yerkökü görmə ilə yanaşı dəri və selikli qişalara da yaxşı təsir edir.
Yerkökü mürəbbəsi şiş xəstəliklərinin müalicə və profilaktikasında geniş istifadə edilir. Bu tərəvəzin şirəsi antimikrob təsirə malikdir. Onun tərkibində olan antibiotiklər və fitonsidlər orqanizmdə olan mikrobların sayının azalmasına səbəb olur.
Yerkökünü şəkərli diabetdən əziyyət çəkənlərin qida rasionuna daxil edilməsində fayda var. Orqanizm tərəfindən yaxşı sorulması üçün yerkökünü xama və ya qatıqla qatıb yemək məsləhətdir. Yerkökünün tərkibi C, E, PP, B qrup vitaminləri və bir çox minerallarla zəngindir. Onun şirəsini avitaminozlardan, azqanlılıqdan əziyyət çəkən xəstələrə verdikdə xəstəliyin əlamətləri aradan qalxır. Yerkökü şirəsindən çox istifadə edən uşaqların yetkinlik zamanı boy artımından şikayətləri olmur. Qan və xərçəng xəstəlikləri zamanı hər gün təzə çəkilmiş yerkökü şirəsi içmək orqanizmdə olan yorğunluğun və xəstəlik əlamətlərinin aradan qalxmasına yardım edir.
Yerkökü şirəsi içmək hamilə və uşaqəmizdirən analar üçün çox faydalıdır.
İştahanın azalması, xroniki yorğunluq, dəri rənginin və görmənin yaxşılaşması, antibioktlər qəbul edildiyi zaman orqanizmin zəhərləndiyi zamanlarda, saçların, dırnaqların möhkəmlənməsi məqsədilə yerkökü şirəsi qəbul eləməyin faydası çox böyükdür. Bu şirə adları çəkilən xəstəliklərin profilaktikası zamanı da çox faydalıdır.

Yerkökünın Ziyanı

Həddindən artıq yerkökü şirəsi içmək A vitaminin hipervitaminozuna səbəb ola bilir. Həddindən çox siqaret çəkən adamlara da yerkökü şirəsindən az istifadə eləmək məsləhət görülür. Həddindən çox yerkökü dietası saxlamaq da düzgün sayılmır.
Yerkökü şirəsi içən zaman onu qəbul edərkən miqdarına diqqət yetirmək lazımdır. Çoxlu miqdarda yerkökü şirəsi içmək yuxululuğa səbəb ola bilir. Mədə yarasından əziyyət çəkən adamlara da yerkökü şirəsi içmək məsləhət görülmür.
Gün ərzində 270-300 qram yerkökü şirəsi içmək və ya 3-4 yerköküdən artıq yemək məsləhət görülmür. Kimyəvi yollarla yetişdirilən yerkökü yeməkdən və ya şirəsini içməkdən uzaq durmaq lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yerkökü" haqqında müzakirə