Orqanizmi təmizləmək üçün 7 tərəvəz salatı

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 295
  • 0 rəy

Orqanizmi təmizləmək üçün 7 tərəvəz salatı.
Gündəlik ağır iş rejimi ilə işləyən zaman insan acdıqda əlinə nə düsərsə, onu yeyir. Qızardılmış, ayaqüstü qidalarla uzun müddət qidalanmanın orqanizmə nə qədər zərərli olduğunu hamımız bilirik. Bu cür qidalanma həm mədə-bağırsaq sisteminin fəaliyyətinin pozulmasına, həm də artıq çəkiyə səbəb olur. Bundan xilas olmaq üçün dietoloqlar bir neçə salat resepti təqdim ediblər. Bu salatlar oranizmi təmizləməklə yanaşı, çəkinin də azalmasına səbəb olur.
Nəzərinizə çatdırmaq istəyirəm ki, bu salatların qida rasionuna daxil etməklə yanaşı, heç bir başqa qida qəbul etmədən gün boyu yeyə bilərsiniz.
Kələm.
Kələm vitaminlərlə zəngin bir tərəvəzdir. O orqanizmdən artıq suyun və piylərin xaric olunmasına yardım edir. Kələm tərkibində olan liflərin sayəsində bağırsağın fəaliyyətini sürətləndirir və möhtəviyyatın tez xarıc olunmasına yardım edir. Kələm orqanizmdən şlakların, xolesterolun xaric olmasına səbəb olur.
Yerkökü.
Yerkökü kalsium, fosfor, dəmir, marqanes, K, P, PP və digər vitaminlərilə zəngindir.Yerkökü bağırsaqların fəaliyyəini də sürətləndirir və həzmə yardım edir.
Çuğundur.
Çuğundur orqanizmdən artıq piylərin xarıc olmasına ən çox yardım edən tərəvəzdir. O bağırsağı təmizləməklə yanaşı maddələr mübadiləsini də sürətləndirir, mədənin motor funksiyasını normallaşdırır.
Salat №1
Kələm, çuğundur, yerkökü, qara gavalı hərəsindən 300 qram götürülür, xırda doğranır, 1 limonun şirəsi və bir az duru yağ əlavə edilib yeyilir.
Salat №2
Çuğundur, yerkökü, alma, hərəsindən 1 ədəd götürülür, 1 limonun şirəsi üzərinə sıxılır və 1 xörək qaşığı duru yağ əlavə edilir.
Salat №3
Kələm, yerkökü və alma sürtkəcdən keçirilir, üzərinə zeytun yağı əlavə edilib süfrəyə verilir.
Salat №4
Kələm, yerkökü, çuğundur, alma, dəniz kələmi, qara gavalı xırda doğranır və üzərinə limon şirəsi sıxılır.
Salat №5
Kələm qaynar suya salınıb 5 dəqiqə pörtlənir. Soyuduqdan sonra kələm, şirin bibər, pomidor doğranır və üzərinə zeytun yağı əlavə edilir.
Salat №6
İspanaq, cəfəri, xiyar, pomidor, avokado, kələm eyni ölçüdə doğranır, üzərinə limon sıxılır və zeytun yağı əlavə edilir.
Salat №7
Pörtlənmiş kələm, təzə kələm, çuğundur xırda doğranır, üzərinə limon şirəsi sıxılır və zeytun yağı əlavə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Orqanizmi təmizləmək üçün 7 tərəvəz salatı" haqqında müzakirə