Nənələrimiz nə deyib? Yerkökü.

  • Müəllif: elnare
  • Tarix: 12 yanvar 2017
  • Baxış sayı: 2 379
  • 0 rəy

Nənələrimiz nə deyib? Yerkökü.
Dərman kimi yerkökünün kökü və tumlarından istifadə edilir. Yerkökünün tərkibində 9% A vitamini var. Amma yadda saxlamaq lazımdır ki, yerkökü orqanizmdə yağla birlikdə daha yaxşı həzm olur.
Yerkökündən hazırlanmış şirə qarınişlədici kimi təsir göstərir. O boyrəklərin, qaraciyərin xəstəliklərində çox faydalıdır. Yerkökü şirəsindən orqanizmdə yığılıb qalan duzların əriməsi üçün istifadə edilir.
Xalq təbabətində yerkökü şirəsi sidikqovucu və sidik kisəsindəki daşları tökmək qabiliyyətinə malik bir vasitə kimi istifadə edilir.
Yabanı yerkökünün tumundan hazırlanmış toz və həlim qarın köpməsində və böyrək daşlarının əridilməsində böyük təsirə malikdir. Bunun üçün tumun poroşokunun 1 qramını gündə 3 dəfəyə bölüb içmək lazımdır.
1 xörək qaşığı yerkökü tumunu 1 stəkan suya töküb, duxovkada vam xodda bir neçə saat buğa verib, isti-isti gündə 3 dəfə içmək lazımdır.
Yanıqlar və təzə irinləmiş yaralarda suyu sıxılmış yerkökü cecəsi yara yerini birbaşa A vitamini ilə qidalandırır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Nənələrimiz nə deyib? Yerkökü." haqqında müzakirə