Pomelo
Pomelo
Pomelo həmişəyaşıl sitrus ağacının meyvəsidir. Onun meyvəsi qalın qabığa malik olur, pomelonun iri dilimləri açıq sarı rəngdə olub, tünd dada malikdir. Pomelonun qabığı sarı rəngdə, günəş şüalarının daha çox dəydiyi nahiyələri isə açıq-çəhrayı rəngdə olur. Meyvənin dadı və tərkibi qreypfurta daha çox oxşayır. Bu meyvə iriliyinə görə sitrus meyvələri içərisində birinci yerdə durur. Onun meyvəsinin çəkisi 10 kq-a qədər böyüyə bilir.Pomelonun vətəni Malaziya, Asiya ölkələri, Fici adaları və Tonqo sayılır.Bu sitrus meyvəsinin diametri 30 sm-ə qədər ola bilir. Çinlilər yeni il ərəfəsində bir-birilərinə bu meyvədən hədiyyə edirlər. Taylandda bu meyvə Allahın insanlara bəxş etdiyi ən yaxşı nemət sayılır. İndi pomelo Çində, Vyetnamda, Tayvanda, Taylandda, İndoneziyada, Hindistanda və Taitidə yetişdiriir. Pomelonun yığılması üçün ən yaxşı vaxt fevral ayı hesab edilir. Onu ən çox bu ayda almaq məsləhət görülür. Pomelo alarkən aşağıdakılara diqqət yetirmək lazımdır:
* meyvənin qabığı zədəsiz və parlaq olmalıdır
* meyvədən təzə sitrus meyvəsinin ətri gəlməlidir
* meyvənin hər tərəfi eyni rəngdə olmalıdır.
Meyvənin bir tərəfinin sarı, digər tərəfinin isə yaşıl rəngdə olması onun tam yetişməməsinin əlamətidir.
Pomelonun ölçüsünə baxmayaraq onu qısa bir zamanda asanlıqla soymaq mümkün olur. Kiçik ölçüdə aparılan kəsik bu meyvənin asanlıqla soyulmasına səbəb olur. Onu portağal kimi rahatca soymaq olur. Pomelo da portağal kimi dilimlərə ayrılır və hər dilimin içərisində 5-6 toxum olur.
100 qram pomeloda olan qida dəyəri:
- Yağlar – 0,8 qram
- Zülallar – 0,08 qram
- Karbohidratlar – 0,6 qram
- Su – 88,5 qram
- Kalori dəyəri – 38 kKal.
Pomelonun tərkibində vitaminlər(A, C, B1, B2, B5), minerallar (kalsium, kalium, dəmir, fosfor, natrium), liflər, efir yağları və təbii turşular var. Dietoloqlar pasientlərinə bu meyvədən yeməyi məsləhət bilir. Pomelo maddələr mübadiləsini sürətləndirir,piylənməni azaldır və piy əmələ gəlməsinin qarşısını alır, çəkinin azalmasına səbəb olur. Pomelonun tərkibində olan C vitamini orqanizmin möhkəmlənməsinə, virus və bakteriyalarla mübarizə etməsinə yardım edir. Bu meyvəni yemək yaz-payız aylarında orqanizmi virus xəstəliklərinə yoluxmaqdan qoruyur. Ondan təzyiqi aşağı salmaq üçün də istifadə etmək mümkündür.
Kosmetologiyada.
Pomelonun daxili orqanlarla yanaşı dəriyə də faydası çox böyükdür. Onu yemək dərinin gözəlləşəsinə səbəb olur. Bu məqsədlə pomelo meyvəsinin lətini əzib üzə maska şəklində də qoyurlar. Maskanı hazırlamaq üçün 100 qram meyvənin şirəsinə 1 çay qaşığı bal və 1 çay qaşığı limon şirəsi əlavə edərək 10-15 dəqiqə üzdə saxlamaq və ilıq su ilə yumaq da üzə çox gözəl tərsir edir Bu maska dərini qidalandırır, xırda qırışları açır, dərinin parıldamasına səbəb olur. Pomelo şirəsi ilə yulaf ununun qarışımından hazırlanmış maska da dərinin sağlamlaşmasına səbəb olur. Bu maska əsasən gözətrafı nahiyəyə tətbiq edilir. Maskanın tətbiq edilməsi göz ətrafının dincəlməsinə, qidalanmasına və dərinin bərpa edilməsinə səbəb olur.
Pomelo şirəsinin üzə sürtmək dərinin tonusunun artırır və dəridəki ləkələrin aradan qalxmasına səbəb olur.
Qida sənayesində.
Qida sənayesində pomelodan milli Asiya yeməklərində istifadə edilir. Onun lətindən marmeladların, sousların, salatların, piroqların, quru meyvələrin, mürəbbələrin hazırlanmasında geniş istifadə edilir.
Pomelo meyvəsinin ziyanı
Pomelo meyvəsindən allergiyası olan adamların yeməsi məsləhət görülmür. Bu onlarda səpgilərin meydana çıxmasına, səslərində xırıltıların əmələ gəlməsinə səbəb ola bilir. Hepatit, qastrit və nefritdən də əziyyət çəkənlərə pomelo meyvəsi yemək tövsiyə edilmir.Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Pomelo" haqqında müzakirə