Qreypfrutun faydaları

  • Müəllif: elnare
  • Tarix: 8 aprel 2018
  • Baxış sayı: 2 846
  • 0 rəy

Qreypfrut sözünün ingiliscədən tərcüməsi üzüm və meyvə anlamına gəlir. Bu sitrus bitkisi sarı-narıncı rəngdə olur və adətən subtropik bölgələrdə yetişir.
Qreypfurt ağacı həmişəyaşıl ağac olub, 13-15 metr hündürlüyə qədər yüksələ bilir. Onun meyvələrinin diametri 15 sm-dən böyük olmur. Xaricdən baxdıqda qreypfurt portağala bənzəyir, amma onun dadı daha turş, daxilindəki ağ qatı isə daha acı olur. Bir çox alimlər qreypfurtun vətəninin Hindistan olduğunu və onun portağal və pomelo meyvəsinin təbii yolla hibridləşməsindən əmələ gəldiyini düşünürlər. Sonralar alimər süni yolla qreypfurtdan mineola və tanjelo sitrus meyvələrini də əldə etmişlər. Qreypfurtun yetişməsi 9-12 aya başa gəlir və məhsul adətən fevral ayında toplanır.
Qreypfurtun 20-y yaxın növü var. Onlar bir-birindən qabığının rənginin fərqliliyinə görə seçilirlər. Bu meyvə öz adını ilk dəfə 1750-ci ilə almışdır. Qriffits Xyudjes onu “qadağan olunmuş meyvə” adlandırmışdır. Sonralar yaponiyalılar onun satışı ilə məşğul olan zaman bu meyvəni qreypfurt adlandırmışlar. Bu meyvə öz adını aldıqdan sonra qısa bir müddətdə məşhurlaşmış və 1880-cı illərdən başlayaraq Amerikada da yetişdirilməyə başlanmışdır. Qreypfurtdan dadlı şirələrin, spirtli və spirtsiz içkilərin, meyvə salatlarının və mürəbbələrin hazırlanmasında geniş istifadə edilir. Ondan hazırlanan şirələri, ən bahalı sous və marinadları dadlandırmaq üçün istifadə edirlər. Qreypfurtun qabığında olan efir yağlarından qida sənayesində geniş stifadə edilir. Qreypfurtdan alınan efir yağlarından ətirlərin, kremlərin, şampunların, konditer məhsullarının, balzamların hazırlanmasında istifadə edilir. Müxtəlif su-likör tərkibli içkilərin hazırlanmasında da bu yağlara çox üstünlük verilir.
Qrepfurt portağal kimi soyulur və dilimlənir.

Qreypfurtnın Tərkibi

100 qram qreypfurtda 37 kKalori var.
100 qram qreypfurtda olan qida dəyərliliyi:
- Zülallar – 0,7 qram
- Yağlar – 0,2 qram
- Karbohidratlar – 6,5 qram
- Su – 88,5 qram
- Kalori - 32 kKal.
Qreypfurtun tərkibi vitamin və minerallarla zəngindir. Onun tərkibində çoxlu A, PP, C, B1, B2, B9 vitaminləri, kalium, kalsium, maqnium, fosfor, natrium, yod, dəmir, sink, maranes, ftor kimi kimyəvi birləşmələr var. Qreypfurtda çoxlu liflər, karotin var və bu meyvə əsil antioksidantdır. Qreypfurt dietik meyvədir. Artıq çəkidən xilas olmaq istəyənlər üçün bu meyvə əla qida vasitəsi hesab olunur. Onun şirəsi qanda xolesterinin azalmasına səbəb olur, maddələr mübadiləsini yaxşılaşdırır. Qreypfurt qanda şəkərin miqdarını aşağı salır. Mütəxəssislər şəkərli diabet xəstələrin gündə 1 ədəd qreypfurt yeməyi məsləhət bilir. Araşdırmalar hər qida qəbulundan 10-20 dəqiqə əvvəl 100 qram qreypfurt şirəsi içməyin həzm sistemini sürətləndirdiyini sübut etmişdir. Həkimlər mədə turşuluğunun az olması səbəbindən əmələ gələn mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkən xəstələrə gün ərzində 200-250 qram qreypfurt şirəsi içməyi məsləhət bilir. Qreypfurt şirəsi arterial təzyiqi aşağı salır, atereskleroz əlamətlərini azaldır, sinir sistemini sakitləşdirir, yuxunu normallaşdırır, baş ağrılarını azaldır. Qreypfurt şirəsi immun sistemi möhkəmlədirir. Qış aylarında hər gün bu şirədən qəbul eləmək orqanizmi epidemik virus xəstəliklərinə yoluxmaqdan saxlayır. Dərinin piqment xəstəliyi zamanı iki həftə dəriyə qreypfurt şirəsi sürtüldükdə ləkələr aradan qalxır. Qreypfurtdan alınan efir yağını isti suya qatıb vanna etdikdə yorğunluq aradan qalxır. Qreypfurt şirəsini uzun müddət içməklə limfa vəzilərinin təmizlənməsinə nail olmaq mümkündür.
Bu meyvə bəzi dərman vasitələrinin orqanizmə olan təsirini azaltmaq qabiliyyətinə malikdir. Məsələn, qreypfurt hamiləlik əleyhinə qəbul edilən dərmanların orqanizmə təsirini tamamilə aradan qaldırır. Həddindən çox qreypfurt şirəsi qəbul eləmək qanartırıcı dərmanların da təsirini zəiflədə bilir. Bunun üçün bu meyvənin şirəsindən çox istifadə edənlər müalicə olunduqları zaman həkimləri ilə mütləq məsləhətləşməlidirlər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qreypfrutun faydaları" haqqında müzakirə