Laym (yaşıl limon)

  • Müəllif: elnare
  • Tarix: 5 aprel 2018
  • Baxış sayı: 5 872
  • 0 rəy

Laym sitrus bitki olub genetik cəhətdən limona çox oxşayır. Onun vətəni Hindistan sayılır. Laym hündürlüyü çox da böyük olmayan(1,5-6m), sərt yarpaqlara malik ağacın meyvəsidir. O çiçək açan zaman eyni yerdən 1-7 ədəd çiçəkləyir və meyvələrinin diametri 3-6 sm uzunluğunda olur. Laym meyvəsi yumurta formasında, sulu, çox turş dada malik olur. Onun qabığı tünd yaşıl, bəzən isə sarı yaşıl rəngdə və nazik olur. Laym ən çox Orta Asiya ölklərində, Malay arxipelağında, Hinsidtanda, İndoneziyada, Brazilyada, Meksikada, Misirdə, Amerikada və Kubada yetişir. Təzə laym bərk, sulu və tünd dada malik olur. Laymın tərkibi C vitamini ilə zəngindir. Onun tərkibində B qrup vitaminlər, A vitamini, dəmir, kalium, kalsium, tiamin, riboflovin, pektin var. Laym ən çox ürək-damar xəstəlikləri zamanı istfadfə edilir. Onun tərkibində olan askorbin turşusu və kalium ürək damarlarının duvarlarını möhkəmləndirir və damarlarda qanın yaxşı axmasını sürətləndirir. Laym dişlərin karieslə zədələnməsinin qarşısını alır və təzə əmələ gələn karieslərin təmizlənməsinə yardım edir. Onun tərkibində olam pektin maddəsi orqanizmdəki tosiki maddələrin xaric olmasını sürətləndirir. Laym meyvəsinin tərkibində olan efir yağları iştahanın artmasına, öd axınının sürətlənməsinə, həzm sisteminin və bağırsaqların peristaltikasının sürətlənməsinə səbəb olur. Tərkibində olan efir yağları soyuqdəymə və qripp xəstəliklrinin də tez sağalmasına səbəb olur. Laym immuniteti yüksəldir və orqanizmin xəstəliklərə qarşı olan müdafiə qüvvəsini artırır. Laym meyvəsinin tərkibində olanlar orqanizmdən xolesterinin təmizlənməsinə, atereskleroz əlamətlərinin azalmasına, qocalmanın ləngiməsinə, kollagenlərin stimulyasiya olulmasına səbəb olur. Bu meyvədən mütəmadi istifadə edənlərin dərisi elastik və dözümlü olur. Laym əsil trankvilizatordur. O mərkəzi sinir sisteminə birbaşa təsir edir, əhval ruhiyəni artırır, xroniki yorğunluq əlamətlərini aradan qaldırır. Laym qış aylarında orqanizmdə baş verən süstlük əlamətlərini də aradan qarldırmaq qabiliyyətinə malikdir. Laymın tərkibində limon turşusu var. O antiseptik, antisklerotik, revmatizm əleyhinə, virus leyhinə, bakteriya əleyhinə, yara sağaldıcı, orqanizmi tonuslandırıcı təsirə malikdir. Onu ən çox soyuqlama, yüksək temperatur, infeksion xəstəliklər, boğaz iltihabı zamanı qəbul edirlər.

Laym (yaşıl limon)nın Ziyanı

Laym meyvəsinin toxumlarında zəhər var. Bu toxumlardan çoxlu miqdarda yemək zəhərlənməyə səbəb ola bilir. Mədə turşuluğu yüksək olan xəstələrə, mədə-bağırsaq yarasından əziyyət çəkənlərə bu meyvədən istifadə edərkən diqqətli olmaq məsləhət bilinir. Çünki meyvənin tərkibindəki turşular xəstəliyin əlamətlərini artıra bilər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Laym (yaşıl limon)" haqqında müzakirə