Nar

  • Müəllif: elnare
  • Tarix: 5 aprel 2018
  • Baxış sayı: 2 764
  • 0 rəy

Nar çoxsaylı gövdəyə sahib olan ağaclardan olub, boyu 6 metrə qədər hündürlüyə yüksələ bilir. Onun çiçəkləri tək və ya yan-yana cüt olub, tünd narıncı rəngdə olur. Narın meyvəsi iri, dairəvi, daxildən isə 9-12 arakəsmədən ibarət olur. Daxildəki arakəsmələrin içərisi isə nar dənələri ilə dolu olur. Nar dənələrinin hamıcı kiçik yuvacıqlarda yerləşir.
Nar şirin və turş dadın qarışımna bənzəyən dada malik və tünd qırmızı rəngdə olur. Narın diametri 8-18 santimetrə qədər ola bilir. Narın rəngi, dadı və ölçüsü növündən asılı olaraq dəyişə bilir. Narın içərisində 1000-ə qədər nar dənəsi ola bilər. Ona görə də bu meyvə qədim zamanlarda artmağın və çoxalmağın simvolu hesab edilib.
Narın vətəni Şimali Afrika, Orta Asiya hesab edilir. Bu meyvəni İranda, Krımda, Gürcüstanda da yetişdirirlər. Bizim ölkəmiz də narın yetişdirilməsi ilə məşğul olan ölklər siyahısındadır. Belə ki, Göyçay rayonunda yetişdirilən nar növünün dünyada tayı-bərabəri yoxdur. Nar çiçəklərindən alınan rəngdən ipək, pambıq, yun və kətan parçaların rənglənməsində istifadə edilir. Nar alan zaman olun qabığının tamlığına diqqət yetirmək lazımdır. Əgər narın qabığı tam, bərk, əzilməmiş olarsa deməli həmin narı almaq olar. Nar qabığının yumşaq olması onun xarab olmasının göstəricisidir.

Narnın Tərkibi:

100 qram narın qida dəyərliliyi:
- Zülallar – 0,7 qram
- Yağlar – 0,7 qram
- Karbohidratlar – 14,6 qram
- Su – 81 qram
- Kalori – 83 kKal.
Nar dənənlərinin tərkibi C, B6, B12, PP vitaminləri, minerallar, mikroelementlərlə zəngindir. Onun tərkibində kalsium, dəmir, kalium, marqanes, fosfor, yod, natrium var. Nar şirəsinin tərkibində şəkər (qlükoza və fruktoza), çoxlu təbii turşular, fitonsidlər, azotistlər, dubillər, tanin, xlorlu və gümüş birləşmələri, müxtəlif duzlar var. Nar şirəsi susuzluğu aradan qaldırır, iştahanı artırır, eritrositlərin və hemoqlabinin miqdarını artırır.
Nar şirəsi içmək qan damarlarının divarlarını möhkəmləndirir, immuniteti yüksəldir. Nar şirəsi bioloji stimulyator hesab edilir. Onun tərkibində 15 növ amin turşuları var. Bu qədər turşu yanlız ət məhsullarında olur. Buna görə də nar vegeteryanlar üçün əla qida vasitəsi hesab edilir. Nar qabığının dəmləməsi qanaxmanı saxlamaq qabiliyyətinə malikdir. Nar şirəsinin tərkibində olan aminturşular insan orqanizmi üçün çox faydalı sayılan aminturşulardandır. Bu turşular orqanizm tərəfindən tez sorulur və qana daxil olur. Nar şirəsinin tərkibindəki aminturşuları orqanizmdəki həyat əhəmiyyətli zülalların sintezini sürətləndirir. Radioaktiv maddələrdən zəhərlənmiş xəstələrə nar şirəsi içmək məsləhət görülür. Nar şirəsi içmək qanazlığını, iştahsızlığıda aradan qaldırır. Diş əti qanaxmalarından əziyyət çəkən xəstələrə nar qabığı çeynəmək və ya nar qabığının qaynadılmış suyu ilə qarqara eləmək məsləhət görülür. Nar qabığının dəmləməsi ishal əleyhinə təsir göstərir. Bu dəmləmə mədə narahatçılığını da aradan qaldırmaq qabiliyyətinə malikdir.
Boğazın iltihabi xəstəlikləri zamanı nar qabığı dəmləməsi ilə boğazı qarqara eləmək iltihab əlamətlərini aradan qaldırır. Nar şirəsi respirator virus xəstəliklərinin, öskürmənin qarşısını alır, iltihab əlamətlərini azaldır və yüksək temperaturun aşağı düşməsinə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Nar" haqqında müzakirə