Manqo

  • Müəllif: elnare
  • Tarix: 26 mart 2018
  • Baxış sayı: 2 843
  • 0 rəy

Manqo həmişəyaşıl ağacın meyvəsidir. Manqo ağacı 10-40 metr hundürlüyüyə qədər qalxa bilir. Onun yeni yarpaqlarının rəngi sarı-çəhrayı rəngdə olur və qısa bir zamanda tünd yaşıla çevrilir. Çiçəklərinin ətri zanbağın ətrinə öxşayır və budaqları 2 kq ölçüdə olan meyvəni saxlamaq qabiliyyətinə malkdir. Manqonun qabığı qalın və sığallı olur, meyvəsinin rəngi isə sarı, qırmızı, çəhrayı rənglərdə və ya onların qarışımından alınana rəngdə olur. Onun rəngi yetişmə dövrünə uyğun olaraq dəyişir. Manqo meyvəsinin ləti yumşaq və liflərdən ibarət olur.
Manqo ilk dəfə Hindistanın Assam ştatında və Myanmanın nəm, topik meşələrində yetişib. Müasir dövrümüzdə manqo ABŞ-da, Meksikada, Koreyada, Cənubi və Mərkəzi Amerikanın bütün ölkələrində, Karib adalarında Afrikanın tropik zolağında ( Keniyada, Kot-d İvuare), Taylandda, Filippində, hətta Avstraliyada da yetişir. 
Manqonun yetişməsini onun sağlam və parıldayan qabığına baxıb təyin edilir. Onun təzə yetişmiş meyvəsinə toxunmaq insanda xoş duyğular oyadır. Amma, onun qabığını uzun müddət sığallamaq və toxunmaq olmaz. Bu meyvənin korlanmasına səbəb ola bilir. Buna səbəb isə manqo qabığının çox da bərk olmamasıdır.
Yetişmiş manqo meyvəsinin 100 qramının tərkibində 15% şəkər, 1% zülal var. Manqo lətinin tərkibi sudan, zülallardan, karbohidratlardan, liflərdən, həyat üçün əhəmiyyətli sayılan vitaminlərdən (D, C, A, B qrup vitaminlər), minerallar (dəmir, sink, fosfor, maqnium, kalium), beta karotin, pektin, saxaroza və təbii turşulardan ibarətdir. Manqonun şaftalı və ananas dadlarının qarışımına bənzən dadı var. Bu iki meyvəni qarışdıraraq manqonun dadını əldə eləmək mümkündür. Manqonun tərkibində 12 əvəzolunmaz amin turşusu var. Onun meyvəsinin tərkibində zəngin miqdarda olan karotin manqonun sarı-narıncı rəngdə olmasına səbəb olur. Bu maddə naringinin tərkibində olandan 5 dəfə çoxdur.
Manqonun tərkibində olan C və E vitaminin karotin və liflərlə olan qarışımı orqanizmi yoğun, düz bağırsaq, süd vəzi, uşaqlııq və həzm sistemi orqanlarının xərçəng xəstəliyindən qorumaq qabiliyyətinə malikdir. Tərkibində olan B, C vitaminləri və karotin qarışımı orqanizmi təmizləməklə immun sistemini yüksəldir, orqanizmə antioksidant təsir bağışlayır. Manqo yemək əsəb sistemindəki gərginliyi aradan qaldırır, əhval ruhiyəni yüksəldir, stressi azaldır, fiziki və cinsi fəallığı artırır. Manqo şirəsi hərarətsalıcı təsirə malikdir və ürək-damar sisiteminin fəaliyyətini yüksəldir. Ağız boşluğu xəstəlikləri, diş və diş əti xəstəlikləri zamanı manqo şirəsi içmək çox faydalıdır. Soyuqdəymə zamanı manqo şirəsi içmək xəstəliyin əlamətlərini azaldır.
Avropalı fitoterapvtlər manqo yarpaqlarının dəmləməsindən şəkərli diabet zamanı baş verən göz zədələnmələrinin sağalması istiqamətində istifadə edilir. Manqo yarpaqlarından dişlərin ağardılması zamanı da ağardıcı kimi istifadə edilir. Onun quru yarpaqlarından hazırlanan dəmləmə varikoz genəlmə xəstəliyiyn sağalmasına və arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Araşdırmalar manqonun artıq çəkidən azad olmaq istəyənlər üçün əla qida maddəsi olduğunu sübut etmişdir. Hindistanın xalq təbabətində manqodan xolera və vəba xəstəlklərinin müalicəsi zamanı da istifadə edilib. Hinditan mətbəxində yağda və ədviyyatlarda marinadlaşdırılıb qızardılmış manqo ən məşhur yeməklərdən hesab edilir. Amma, onun yağlı və turş qida olması bəzi xəstəliklər zamanı (artrit, revmatizm sinusut,qastrit və s.) istifadə olnmasında qadağaların qoyulmasına səbəb olur. Manqodan tərkibində qiymətli yağ turşuları olan təbii yağlar alınır. Bu yağlar saç dibinin sağlam olmasına və saçların həcminin artmasına səbəb olur.

Manqonun ziyanı

Manqo yedikdən sonra iki saat müddətində spirtli içki qəbul eləmək olmaz.Allergiyası olanlara da manqo yemək məsləhət görülmür. Manqonun qabığı həssas əllərə sahib olan adamlarda allergiya əlamətlərinin əmələ gəlməsinə səbəb ola bilir. Bu bəzən manqonu qabıqlı yeyən adamlarda da meydan çıxır. Bu səbəbdən də allergiyaya meyli olan adamlara onun qabığını soyarkən əlcək taxmaq məsləhət görülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Manqo" haqqında müzakirə