Noxudun faydaları

  • Müəllif: elnare
  • Tarix: 24 mart 2018
  • Baxış sayı: 13 731
  • 0 rəy

Noxud haqqında ümumi məlumat.

Sarı noxud birillik taxıl bitkisinin meyvəsidir. Noxud bitkisinin hündürlüyü 20-70 sm-ə qədər qalxır. Onun xırda yaşıl yarpaqları olur. Noxudun meyvələri isə 1-3 sayda olmaqla xırda dənələrdən ibarət olur. 
Bu bitki çox istisevər bitki olub vegetsiya dövrü 90-100 gün, gec yetişən növündə isə 150-220 gün çəkir. Noxud bitkisi 8-11 C dərəcədən aşağı tempratura davam gətirə bilən bitkilərdən deyil. Onun normal yetişməsi üçün 24-28* C tempratur lazımdır.
Sarı noxududn vətəni Orta Asiya ölkələri hesab edilir. Şərqi Avropa, Şərqi Afrika. Hindistan, Aralıq dənizi bölgələrində də sarı noxud yetişdirilir.
Sarı noxud dünya mətbəxində paxlalı bitkilər arasında yaşıl noxud və lobyadan sonra üçüncü yerdə durur.

Noxudun Tərkibi

Sarı noxudun tərkibi zülallar, yağlar, liflərlə zəngindir. Noxudda kalsiumun, maqniumun, kaliumun, A və C vitaminləri inanılmaz qədər boldur. Noxudun əsas tərkibini əvəzolunmaz turşular – metionin və triptofan tutur.
Müasir alimlər paxlalı bitkilər arasında sarı noxudu daha çox dəyərləndiririlər. Noxudun tərkibində olan zülalların miqdarı yumurtanın tərkibindəki zülalların miqdarına çox yaxındır. Onun tərkibi A, B1, B2, B6, C, PP vitaminləri və minerallarla zəngindir.

Noxudun Xeyri

Noxud yemək ürəyin işini yaxşılaşdırır, qanda şəkərin miqdarını neytrallaşdırır. Ondan ürək-damar xəstəliklərinin profilaktikasında istifadə eləmək olar. Sarı noxud bədənə enerji verir, qaraciyəri, qanı təmizləyir. Onun gözün billur qişasını müdafiə etmək qabiliyyəti vardır. Belə ki, noxudun tərkibindəkilər billur qişada olan yorğunluğu aradan qaldırır, görməni yaxşılaşdırır.
Arıqlamaq üçün noxudu aşağıdakı qaydada bişirib qəbul eləmək lazımdır:
Noxud soyuq suda isladılır, 8 saat keramik qazanda qaynadılır. Sonra suyu süzülür və ət maşınının xırda gözündən keçirilir. Üyüdülmüş noxud gün boyu kiçik hissələrlə yeyilir. Aclıq hissi çox olduqda isə müxtəlif salat və şorba bişirib, içərisinə üyüdülmüş noxuddan qatılıb içilir. Sonrakı gün proses yenidən təkrarlanır. Bir həftə boyu bu qayda ilə qidalanmaq həm arıqlamağa, həm də orqanizmin toksinlərdən təmizlənməsinə, həm də orqanizmin mineral və vitaminlərlə qidalanmasına səbəb olacaq. Bu müalicə bir həftədən bir təkrarlanır və 3 ay müddətində davam etdirilir.
Bir çox ölkələrdə noxuddan xumus (püre), falafel hazırlayırlar. Bəzi dünya mətbəxində noxudu bir çox yeməklərə qatırlar.

Noxudun Ziyanı

Sarı noxudun orqanizmə heç bir zərərli təsiri yoxdur. Amma həddindən çox noxud yemək qarında köpə, meteorizmə səbəb ola bilir. Bunun səbəbi isə noxudun tərkibində paxlalı bitkilərə xas olan oliqosaxaridlərin olmasıdır. Bu maddə öddə çətin həzm olur və mədə-bağırsaqlarda problemlərin əmələ gəlməsinə səbəb olur. Bunun baş verməməsi üçün isə qoxud qəbul edən zaman qida qəbulunu nəzarət altında saxlamaq lazımdır. Belə ki, noxud yedikdən sonra ikinci qida qəbulunu ən azı 4 saatdan sonra qəbul eləmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Noxudun faydaları" haqqında müzakirə