Yeni doğulmuş uşağın dərisinə necə qulluq eləməli?

  • Müəllif: elnare
  • Tarix: 19 iyun 2017
  • Baxış sayı: 5 499
  • 0 rəy

Yeni doğulmuş uşağın dərisinə necə qulluq eləməli?

Yeni doğulmuş uşağın dərisi xüsusi qulluq tələb edir. Yenidoğulmuş uşağın dərisinə həssaslıqla yanaşmaq lazımdır. Körpə uşağın dərisi təmiz olduqda o özünü rahat və xoşbəxt hiss edir. Dərinin təmiz olması orqanizmin sağlam bir baryerinin olması deməkdir.

Yenidoğulmuşun dərisinə qulluq dedikdə ilk növbdə onun göbəyinə qulluq etmək ön plana gəlir. Uşaq doğulduqdan sonra onun göbəyi 10sm-dən kiçik ölçüdə kəsilib, saxlanılır. Göbək ciyəsi bir-neçə gündən sonra öz-özünə quruyub qopur. Bu müddətdə isə ona diqqətlə qulluq etmək lazımdır. Yeni doğulmuş uşağın göbəyi 3-15 gün müddətində quruyaraq qopur. Onu dartmaq, burmaq və ya qoparmaq olmaz. Göbək ciyəsi quruyub qopana qədər isə ona qulluq etmək lazımdır.
  • * Göbək nahiyə quru saxlanılmalıdır.Onun üstünü əslində paltarla örtmək lazım deyiL. Göbək hava ilə nə qədər əlaqəli olarsa, bir o qədər də tez quruyar.
  • * Göbək ciyəsini qəti surətdə zədələmək olmaz.
  • * Göbək ciyəsinin üstünü sintetik parça ilə örtmək olmaz.
  • * Göbək ciyəsi quruyub düşənə qədər onun üstünü uşaq bezi ilə örtülməməlidir.
  • * Göbək ciyəsi steril su ilə təmizlənməli, steril tənziflə örtülməli havalandırılmalıdır.
  • * Göbək ciyəsi 15 gün müddətində qopub düşməsə mütləq həkimə müraciət emək lazımdır.

Yenidoöğulmuş uşağın dərisinə qulluqdan danışan zaman ikinci əsas məsələ uşağın arxa tərəfinin təmiz saxlanılmasıdır. Uşağın arxa tərəfi hər dəfə nəcis ifraz etdikdən sonra yuyulmalıdır. Bu zaman arxa isti su ilə (37-38*) yuyulmalı və yumşaq dəsmalla qurulanmalıdır.

Yenidoğöulmuş uşağın dərisin hava vannası etmək lazımdır. Bunun üçün hər dəfə çimməzdən əvvəl uşağı 1-2 dəqiqə çılpaq saxlamaq, sonra çimizdirmək lazımdır. Bu zaman uşağa yüngül gimnastika hərəkətləri etdirmək lazımdır.
Yeni doğulmuş uşağı tez-tez çimizdirmək lazımdır. Çimmək uşaq dərisinin qan dövranını yaxşılaşdırır. Südəmər uşaqlar banna qəbulunu çox xoşlayırlar və sudan ləzzət alırlar. Onları çimizdirən zaman çobanyastığı və çereda dəmləməsi qatılmış suda çimdirmək lazımdır. Uşağın axşam yatmazdan əvvəl çimizdirilməsi onun gecə boyu dərin yuxuya getməyinə səbəb olur. Uşağın göbək ciyəsi quruyub düşmədiyi hallarda isə onu çimizdirərkən ehtiyatlı olmaq lazımdır.

Uşağı tez-tez çimdirən zaman dərisində quruluq əmələ gəldiyi hiss olunarsa o zaman onun bədənini həftədə 1 dəfə sabunlamaq lazımdır. Quruluq artarsa qarşısını almaq üçün çimdirdikdən sonra uşağın bədənini xüsusi vasitələrlə silmək lazımdır. Uşaqlar üçün xüusi hazırlanmış vasitələri isə çimdikdən sonra uşağın bədənini yumşaq dəmalla qurulayıb sonra sürtmək lazımdır. Çimdikdən sonra uşağı qulağı, gözü və çöbəyi işlənməli, bükük nahiyələrinə uçaq pudrası səpilməlidir.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yeni doğulmuş uşağın dərisinə necə qulluq eləməli?" haqqında müzakirə