Omfalit
Omfalit_ göbək həlqəsinin,göbək dibinin bakterial iltihabıdır.
Aşağıdakı formaları var:
– Sadə
– Fleqmonoz
– Nekrotik
Yenidoğulanların xəstəlikləri içərisində göbəyin irinli septiki xəstəliyi birinci yerlərdən birini tutur. Göbəyin irinli infeksiyası lokal prosesdən ağır sepsisə qədər təzahür ola bilər. Omfalit ən çox streptokokk və stafilokokklar tərəfindən törədilir. Nadir hallarda göbək ciyəsinin sarğısı zamanı yoluxma baş verə bilər. Yoluxma körpənin həyatının 2 ci və 12-ci günü arasında baş verir ki, bu da uşağın sidiyi ,nəcisi ilə qulluğ edən personalın əlləri ilə və ya digər əşyalar vasitəsi ilə göbək güdülünün yoluxması nəticəsində baş verir .Bəzən infeksiya qan damarı ilə yoluxa bilər. Bu zaman göbək güdülü düşdükdən sonra törədici göbək yarasından göbəkətrafı toxumalara daxil olur.İnfeksiya göbək damarlarına keçərək iltihabi proses yaranır. Iltihabın yaranması nəticəsində fleqmona inkişaf edir. Əgər prosesə venalar qoşulursa flebit meydana çıxır.
Simptomları
Sadə formasında (nəm göbək), yoluxmuş göbək yarası seroz –irinli və seroz maye ilə dolu olur, o gec sağalır. Sağalma prosesində qartmaqlar əmələ gəlir. Göbək yarası bir neçə həftəyə sağala bilər. Bu zaman körpənin umumi vəziyəti kafi olur, yuxusu, iştahası pozulmur, uşağın çəkisi yaxşı artır.
Fleqmanoz formada göbək ətrafı toxumalar prosesə cəlb olunur. Bu zaman göbəkətrafı dəri qızarır, şişkinləşir. Göbək yarasının dibində xoraciq əmələ gəlir. Bəzən gobək ətrafı nahiyəyə toxunduqda irin xaric ola bilər. Iltihab prosesi lokal-yerli olaraq qalır və ya qarnın ön divarına qədər yayıla bilər. Bu zaman uşağın umumi vəziyyəti dəyişir, iştahı azalır, hərarəti yüksəlir, dispepsiya, cəkinin azalması ola bilər. Fleqmonanın məhdud formalarında temperatur 37,5-38 dərəcə olan uşağın narahatlığı orta dərəcədə olur, yayılmış fleqmonada isə toksikoz əlamətləri hərarətin 39-40 dərəcəyə qədər yüksəlməsi qeyd olunur.
Nektrotik forma çox nadir hallarda, hipotrofiyalı uşaqlarda rast gəlinir. Patoloji prosesdə əvvəlcə fleqmonoz omfalit olur, sonra dərinə yayılır. Göbək nahiyəsi tünd qırmızı bəzən də göyümtül olur, qabıqlanır, geniş yara əmələ gəlir. Bu forma çox ağır formadır, sepsislə nəticələ bilər.
Diaqnostika
Diaqnozu çətinlik törətmir. Klinik şəklinə əsasən diaqnoz qoyulur.
Profilaktika
Omfalitin qarşısını almaq üçün uşağa düzgün qulluq etmək lazımdir.
Müalicəsində antibiotiklər istifadə olunur.Yerli olaraq göbək güdülünü kəsməklə,aseptikaya əməl etməklə göbək qalığını götürmək lazımdır.
Sadə formanı ambulator müalicə etmək olar.Nəm göbək gündə 2 dəfə 5% kalium permanqanat və 1% yodun spirtli məhlulu ilə təmizlənir.Əgər yarada irin varsa hidrogen peroksid məhlulu ilə yuyulur.Sonra göbək yarası streptosid və ya dermatol tozu ilə işlənir.Əgər göbək yarasının yerində qartmaq əmələ gəlibsə uşaq 5-7 gün sonra çimizdirilə bilər(suya marqanes əlavə edilir-zəif çəhrayı rəngdə olmalıdır)Göbələk mənşəli zədələnmə olduqda gümüş-nitratla yara işlənir,sonra antiseptiklərlə təmizlənir.Fleqmanoz formada geniş spektrli antibiotiklər B,C grup vitaminlər tətbiq olunur.
Nekrotik foması cərrahi yolla olur.
Ağırlaşmaları
Sadə formada ağırlaşma olmur.Nekrotik və fleqmanoz formada göbək sepsisi yarana bilər,yarada irin ,peritonit,hematogen ostemielit inkişaf edə bilər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Omfalit" haqqında müzakirə