Yeni doğulmuşun asfiksiyası

  • Müəllif: redaktr
  • Tarix: 5 fevral 2017
  • Baxış sayı: 6 386
  • 0 rəy

  Yeni doğulmuşun asfiksiyası
Yeni doğulmuşun asfiksiyası diri doğulan uşaqlarda,tənəfüs çatmadığı və ya tənzimlənməyən tənəffüs hərəkəti zamanı baş verir.Asfiksiyanın aşağıdakı formaları vardır:
* Göy asfiksiya
Bu zaman selikli qişanın rəngi göy rəngə çalır.Uşaqda refleks zəif olur,ürək vurğusu yavaşıyır.
* Ağ asfiksiya
Bu zaman uşağın dərisinin rəngi avazımış olur,ürək fəaliyyəti kəskin zəifləyir, refleks olmur,əzələ tonusu zəifləyir.
Göy asfiksiya əlamətlərini aradan qaldırmaq mümkündür,lakin ağ asfiksiya zamanı uşaqlar ölür.Belə uşaq sağ qalarsa onlarda kəllədaxili qansızmalar olur ki,bu da vacib orqanların funksiyasının patoloji dəyişməsinə səbəb olur.
Asfiksiyalı uşaqları canlandırmaq üçün bir-neçə vasitələrdən istifadə edilir:
1 Uşaq 38-39* başına qədər suya salınır,uşağı isti şəraitdə saxlayırlar.
2 İlk növbədə yenidoğulmuşun tənəffüs sisteminə düşən selik təmizlənir.Uşağın burun və ağız boşluğundan selik steril rezin balonla sorulur.Sonra yenidoğulmuş nəfəs almırsa traxeyaya qədər kateter salınır və selik sorulur.
3 Bu əməliyyatlardan sonra uşaq nəfəs alır,ancaq tənəffüs tənzimlənmirsə döş qəfəsi və ənsə nahiyəsini soyuq su ilə silmək və soyuq su çırpmaqla bunu əldə etmək olar.
4 Bütün afiksiyalı uşaqların dəri altına kofein vurulur,göbək arteriyasına qlükoza və kalsium xlorid yeridilir.Yeridilən preparatların dozası uşağın çəkisinə uyğun olaraq təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yeni doğulmuşun asfiksiyası" haqqında müzakirə