Yeni doğulmuş uşağın hipoksiyası
Bətndaxili döl özünün inkişafı üçün ananın orqanizmindən cift vasitəsilə oksigen alır. Oksigenin lazimi qədər olmaması və lazımsız qazların daxilində toplanmas ı dölün hipoksiya və asfiksiyası ilə nəticələnir. Dölün asfiksiyasına aşağıdakılar səbəb ola bilir:
– hamiləlik asfiksiyaları
– nefropöatiya
– eklapsiya
– hipertoniya xəstəliyi
– qızdırma ilə müşahidə olunan xəstəliklər
– ağciyərin ağır xəstəlikləri
– göbək ciyəsinin dölün boynuna sarılması.
Dölə oksigenin çatmaması tutma şəklində sancılar olduqda baş verir. Dölün asfiksiyası baş verdikdə dölün başının qan dövranında qansızmalar ola bilir. Bu da kəllə daxilində qansızmanın əmələ glməsinə səbəb olur ki, bu zaman dölün ürək döyüntüləri zəifləyir. Bəzən asfiksiya dölün hərəkətinin tezləşməsi üçün də baş verə bilir. Buna görə də asfiksiyanın baş verməməsi üçün dölün ürək döyüntüləri nəzarət altında saxlanılır. Bu zaman dölün ürək döyüntüləri elektrokardioqrafiya və USM ilə yoxlanılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Yeni doğulmuş uşağın hipoksiyası" haqqında müzakirə