Yay aylarında üzün dərisinə qulluq
Yayda qızmar günəş şüaları üz dərisindən də təsirsiz ötüşmür. İsti havanın, quru küləyin təsirindən dəridə quruluq meydana çıxır. Üz dərisinin quru olduğu zaman qırışlara qarşı həssas olduğunu nəzərə alsaq, yay aylarında dəriyə xüsusi qulluq lazım olduğunu deyə bilərik. Yay aylarında orqanizmdə olan su dəri vasitəsilə buxarlandığına görə dəridəki quruluğun miqdarını azaltmaq üçün gün ərzində ən azı 2 litr su içilməlidir. Bundan əlavə gözlərin altında qırışlar meydana gəlməsin deyə gün eynəklərindən istifadə etmək lazımdır.
Yay aylarında dəriyə həddidən artıq kosmetik vasitələrdən istifadə etmək məsləhət görülmür. Yanlız gün kremlərindən hər gün istifadə etmək lazımdır.
Meyvə-tərəvəz maskaları yayda üzün dərisinə təbii vasitələrlə qulluq etmək üçün bir fürsətdir. Kartofun, xiyarın, pomidorin şirəsi dəriyə ağardıcı təsir göstərməklə bərabər, nəmləndirici təsir göstərəcəkdir. Bunun üçün hər səhər üzə meyvə şirəsi çəkdikdən 10 dəqiqə sonra üzü soyuq su ilə yumaq və zəif bitki yağı sürtmək lazımdır.
Yox əgər dəriniz yağlıdırsa, dəniz suyu və gün şüaları dərinizə çox da zərər verməyəcək.
Yay aylarında üzün tərləməməsi üçün üz dərisinə xama və ya qatıq sürtmək lazımdır. Adaçayı dəmləməsi də üzün tərləməsini azaldan vasitələrdən biridir. Yay aylarında üzün tərini dəsmalla silib, dərini qıcıqlandırmaq olmaz. Yaxşı olar ki, üzü silmək üçün kağız salfetlərdən istifadə edəsiniz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Yay aylarında üzün dərisinə qulluq" haqqında müzakirə