Cift, göbək ciyəsi və son

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 5 252
  • 0 rəy

Cift, göbək ciyəsi və son.
Cift  dölün  qidalanmasında  və  tənəffüsündə  əsas  rol ounayır. Ciftdə estrogen, proqestron, qonodotrop hormonlar əmələ gəlir. Cift paycıqlardan ibarət olub, qan  damarları ilə zəngindir. Cift ana  və  döl  səthdən  ibarətdir. Ana  səthi  uşaqlığın  daxili  qatında  özünə  yer  edir  və  qan  damarları ilə  lazım  olan  hər  şeyi  anadan  alır, dölə ötürür. Hamiləliyin  axırına  kimi  ciftin  eni  15-18 sm, qalınlığı 2-3 sm, çəkisi isə 500-600 qram olur. Cift  uşaqlığın  yuxarı seqmentinin  yanlarında yerləşir. Patoloji  hallarda  isə  aşağı  seqment  nahiyyəsinə  birləşir.
Göbək  ciyəsi  kəndir  şəklində  olub, içərisindən  iki  arteriya, bir vena keçir. Göbək  ciyəsi  döldən  qanı ciftə  və  əksinə  daşıyır. Göbək  arteriyasından  venoz  qan  döldən  ciftə, vena  içərisində  isə  arterial qan  oksigenlə  zənginləşmiş  halda  ciftdən  dölə  daşınır. Göbək  ciyəsi  damarları  xüsusi  maye  ilə əhatə  olunur, əyri  və  burulmuş  şəkildə  ola  bilir. Göbək  ciyəsi  cifti  dölün  bədəni  ilə  birləşdirir (bir ucu  ciftdə, bir  ucu  isə  dölün  göbək  nahiyyəsində  olur). Göbək  ciyəsinin  uzunluğu  dölün inkişafından  asılıdır.
Son  göbək  ciyəsi,  ciftin  və  döl  qişalarının  birlikdə  cəminə  deyilir. Döl doğulan kimi son xaric olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Cift, göbək ciyəsi və son" haqqında müzakirə