USM nədir?
USM nədir?
Ultrasəslə müalicə(USM, sonoqrafiya) instrumental müayinə vasitələrindən biridir. Bu müayinə zamanı ultradalğaların köməyi ilə daxili orqanlara baxmaq və onları müayinə etmək olur. USM daxili orqanların real görüntülərini göstərə bilir. Hətta, damarlara qanın axınını (dopppler müayinəsi zamanı) da izləmək mümkündür. USM zərərli rentgen şüaları kimi orqanizmə mənfi təsir etmir və öz işini ağrısız yerinə yetirir. USM vasitəsilə biz qısa bir zamanda bir çox patoloji proseslər barədə məlumat toplaya bilirik.Ürək-damar sisteminin ultrasəslə yoxlanılması və ya exokardioqrafiyanın müsbət cəhəti isə ürəyə gələn qanın miqdarını, ürək qapaqlarının fəaliyyətini, ürəyin kameralarının ölçüsünü, böyüməsini, miokartda əmələ gələn dəyişiklikləri görməkdən ibarət olur. Bu zaman müayinınin məqsədi ürək hüdudlarını təyin eləmək, miokardın qalınlaşmasını öyrənmək, mirtal qapaqların vəziyyətinə baxmaq, anadangəlmə və ya qazanılmış ürək qüsurlarını, kardiomiopatiyaları, miokardın hipertrofiyasını,qanın yığılıb qalmasını təyin etməkdir. Doppler müayinə zamani isə ürəkdə əmələ gələn stenozların dərəcələrini təyin etmək, kameralararası çatışmazlıqları bilmək mümkündür. Doppler müayinəsi ürəyin ötürücülük funksiyasını da təyin edə bilir. Rəngli doppler müayinəsi zamanı qanın hansı istiqamətdə nə qədər axacağına baxmaq mümkün olur. Exokardioqrafiya zamanı ürək xəstəliklərinin klinikasını (ürəyin işemik xəstəliyi, revmatizanın latent formasını, perikardın və ürək şişlərini) müəyyən etmək mümkünür. Exokardioqrafiyaya əks göstərişin olması yoxdur. Amma, xroniki ürək xəstəlikləri, xroniki ağciyər xəstəlikləri və sistem xəstəlikləri zamanı exokardioqrafiyanı ildə 1 dəfədən tez eləmək münasib sayılmır. Ürəyin USM-lə yoxlanılmasına göstərişlər:* Ən azından ürək xəstəliyi əlamətlərindən birinin olması: zəiflik, təngnəfəslik, davamlı temperaturun olması, ürəkdöyünmə, ürək nahiyədə ağrı, aritmiya, huşun itməsi, şikinliklərin əmələ gəlməs
* Elekrtokardioqrafiya zamanı meydana çıxan dəşişkənliklər.
* Yüksək arterial təzyiq.
* Bütün növ işemik xəstəliklər(ateresklerotik kardioskleroz, infarkönü vəziyyət, stabil olmayan stenokardiya, kəskin miokard infarktı).
* Kardiomiopatiyalar.
* Perikardın xəstəlikləri.
* Sistem xəstəlikləri(revmatizm, qırmızı qurd eşənəyi, sklerodermiya),
* Anadangəlmə və ya qazanılmış ürək qüsurları.
* Ağciyər xəstəlikləri(kəskin pnevmoniya,xroniki bronxit, bronxektaziya, bronxial astma).
Müayinə zamanı əldə edilən nəticələr xəstənin xəstəlik tarixinə qeyd edilmlidir.Böyrəklərin USM müayinəsi niyə yoxlanılır?USM vasitəsilə böyrəklərdə kistaları və onların daxili quruluşunu öyrənmək mümkündür. Börəyin onkoloji xəstəlikləri, hidronefrozlar və onların hansı səbəblərdən mələ gəlmələri, böyrəyin hüdudları, böyrək daşları və onların hansı hissədə yerləşməsi, böyrəyin kasa-ləyən sisteminin quruluşu – bir sözlə əksər böyrək xəstəlikləri USM vasitəsilə müayinəı edilir.Aşağıdakı hallarda böyrək USM olunur?
* bel hissədə ağrılar olduqda
* dizyrütik əlamətlər( sidiyə çıxan zaman baş verən patoloji əlamətlər, sidikburaxma)
* böyrək daşı xəstəliyi zamanı
* əvvələr USM olunduqda böyrəklərdə patoloji lamtlr müşahidə olunduğu zaman
Qalxanvari vəzin USM müayinəsi nə zaman təyin edilir?
Xəstədə ürəkdöyünmə, tərləmə, subfebril qızdırma, yorğunluq, əsəbilik, ağlağanlıq, əllərin titrəməsi, çəkinin qəfil qəyişilməsi, saçların tökülməsi əlamətlərinin bir neçəsi olan zaman ona qalxanvari vəzin USM-i təyin edilir. Müayinə boğazın ön tərəfində meydana çıxan adi bir dəyoişiklik hiss edildiyi zamanlarda da mütləq sayılır.Qalxanvari vəzin USM müayinə zamanı vəzin ölçüsü, düyünlərin olub olmaması və onların ölçüləri və treoid zədələnmələr müşahidə edilir. Bu müayinəni qalxanvari vəzi üçün zərərli olan bölgələrdə yayaşan (endogen zona) insanlar arasında aparılması vacib hesab edilir. Aşbaşı pozğunluqları, ginekoloji problemləri( endometrioz, sonsuzluq və s.)və döş xəstəliklərindən əziyyət çəkəmləri üçün də USM müayinəsi təyin edilir.Suda yodun miqdarı az olan bölgələrdə profilaktika məqsədilə hər il qalxanvari vəzin USM-lə müayinəsi aprılır.Qalxanvari vəzin USM-lə müayinəsi zamanı xüsusi başlıqlı ötürücüdən istifadə edilir. Bu ötürücü qurğu müasir kompyuterdə vəzin strukturunu, ölçüsünü, vəziyyətini ətrafdakı axarları, damarlarının quruluşunu, limfa düyünlərini müayinə edib göstərir.Daxili orqanları USM müayinəsiDaxili orqanların USM-lə müayinəsi zamanı aşağıdakı orqanlar müayinə edilir:
* böyrəklər
* qaraciyər
* öd kisəsi
* dalaq
* mədəaltı vəzi
* sidik kisəsi
* ginekoloji üzvlər
Aşağıdakı əlamətlər olduğu zaman daxili orqanların müainəsi göstəriş sayılır:
* qarın boşluğunda ağrılar
* appendisit əlamətlər
i* daxili orqanların böyüməsi( əllə müayinə zamanı)
* aortanın anevrizması
* qarın boşluğu orqanları damarlarının trombozu
* daxili orqanların stenozu
* əlləmə zaman yad kütlənin aşkar edilməsi
* anadangəlmə qarın boşluğu orqanlarının normal formalaşmaması.
Qarın boşluğu orqanlarının müayinəsinə hazırlıq.
Əgər bir gün əvvəl və ya həmin gün qastroqrafiyadan keçmisinizsə o zaman həkimə mütləq məlumat vermək lazımdır. Çünki, bağırsaqlarda bariumun olması müayinəyə mane ola bilir. Əgər qaraciyər, öd kisəsi, mədəaltı vəzi USM olunmalıdırsa, o zaman axşamdan qaz əmələ gətirən qidalar qəbul eləmək olmaz. Bu müayinələr acqarına aparılır və axşamdan qazqovucu dərman qəbul eləmək müayinənin işini asanlaşdırır. Belə ki, bağırsaqlarda qazların olması görüntünün qarşısını ala bilir.Müayinə necə aparılır?Xəstə üzü yuxar uzanır, onun qarın nahiyəasinəı xüsusi gel sürtülür. Ötürücü gelin üzərinə qoyularaq geli sağa-sola yayır. Gel ultra şüaların daxili orqanlara keçməsini asanlaşdırır.Qadınlarda kiçik çanaq orqanlarının USM müayinəsi
Bu zaman uşaqlıq və yumurtalıqlar müayinə edilir. Bəzən bu müayinə uşaqlıq yolu vasitəsilə də həyata keçirilir ki, bu zaman uşaqlıq yoluna yedirilən xüsusi ötürücüdən istifadə edilir. Bu zaman ötürücü steril vasitə ilə örtülür.Prostatın USM-lə müayinəsiKişilərin kiçik çanağının müayinəsi zamanı prostat vəzi USM edilir. Müayinə zamanı prostat vəzin ölçüsü, forması, düz bağırsağa doğru yerləşməsi təyin edilir. Prostat vəzin müayinəsi USM vasitəsilə həm kiçik çanaq nahiyədən, həm də düz bağırsaq vsitəsilə xüsusi ötürücü(transrektal)ilə yoxlanılır.Süd vəzilərinin USM müayinəsiSüd vəzilərini USM müayinəsi (mammoqrafiya) döş xəstəlikkırini müayinə etmək üçün istifadə edilən xüsusi ötürücü ilə həyata keçirilir.Damarların USM müayinəsiArteriya və vena damarlarını ultrasəs müayinəsi vasitəsilə yoxlamaq mümkündür. Bu ultrasəs Doppler vasitəsilə həyata keçirilir. Doppler müayinəsi ultrasəs impulslar və rəngli şüa axını ilə müayinə edilir. Doppler müayinəsi ultrasəsə müayinənin ən son müasir metodlarına əsaslanır. Bu zaman damarlarda trombozun olması, arteriya damarı divarlarının patologiyaları, boyunda yerləşən yuxu arteriyası müayinə edilir.USM müayinəsi zamanı əks olunan görüntülər diskə yüklənə və şəkil formada təqdim edilir.USM müayinəsi 10-15 dəqiqə başa çatır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"USM nədir?" haqqında müzakirə