Böyrək xəstəlikləri zamanı müayinə üsulları

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 5 287
  • 0 rəy

Böyrək xəstəlikləri zamanı müayinə üsulları
Böyrək xəstəlikləri zamanı diaqnozu dəqiqləşdirmək üçün müxtəlif müayinə üsullarından istifadə ediıir.
Böyrək arteroqrafiyası
Böyrək şişi,kistası,palikistoz,böyrək damarlarının stenozu diaqnozunu dəqiqləşdirmək üçün bu müayinədən istifadə edilir.Arteroqrafiyanı yerinə yetirmək üçün Seldinger üsulu ilə bud arteriyasından aortaya xüsusi kateter yeridilir və böyrək arteriyalarından yuxarı səviyyəyə çatdırılır.Kateterlə 60-80 ml kontrast maddə vurmaqla ardıcıl rentgen şəkillər çəkilir.
Rentgen kompyuter tomoqrafiyası
Bu zaman böyrək xəstəliklərinin dəqiq diaqnozu təyin edilir.Üsul ardıcıl olaraq bədənin köndələn laylarının alınmasına və məlumatların ağ-qara və rəngli şəkildə ekrana verilməsinə əsaslanır.
Nefrologiyada KT böyrək şişlərini,polikistozunun və daşlarının,böyrəküstü vəzilərin şişlərinin diaqnozunu qoymağa,böyrək travmalarında onların zədələnmələrini təyin etmək üçün istifadə edilir.
Maqnit rezonans tomoqrafiyası
MRT-nin üstünlüyü böyrəklərin,peritonarxası sahənin və qarın boşluğu orqanlarının müayinəsini istənilən vəziyyətdə(horizontal,sagital,frontal)dəqiq şəklini almaq olur.Müxtəlif proyeksiyalarda alınmış məlumatların tutuşdurulması böyrəklərdəki patoloji ocağın dəqiq vəziyyəti haqqında məlumat almağa,onun sağlam böyrək toxumasına,damarlara,kasacıq-ləyən sisteminə və həmçinin qonşu orqanlara münasibətini aydınlaşdırmağa imkan verir.
Radioizotop müayinə üsulları
Radioizatop nefroqrafiya böyrəyin funksiyasını öyrənmək üçün tətbiq edilir.Xəstənin venasına hippuran və ya diobrast yeridilir,sonra çoxkanallı radioqrafik cihazın köməyi ilə hər böyrəyin funksiyasını ayrıca və qanın nişanlanmış maddədən təmizlənməsini öyrənir.Bu müayinə xroniki pielonefritdə,pielonefritdə,böyrək vərəmi və amiloidozda,böyrəkdən sidiyin xaric olunmasının pozulmasında diaqnozu dəqiqləşdirməyə kömək edir.
Sidik kisəsinin kateterizasiyası
Kateterizasiyadan diaqnoztik məqdəslə,sidik kisəsində yığılıb qalmış saidiyi buraxmaq üçün istifadə olunur.
Sistaskopiya
Sidik kisəsinə sistaskop vasitəsilə baxılmasına sistaskopiya deyiolir.Bu üsul sidik kisəsinin selikli qişasının,sidik axarlarının mənsəbinin vəziyyətini öyrənməyə,daşı,şişi götürməyə imkan verir.
Böyrəyin biopsiyası
Böyrəyin biopsiyası diaqnostik manipulyasiya olub,böyrək toxumasının bir fraqmentinin morfoloji cəhətdən müayinə üçün əldə edilməsidir.Dəridən keçməklə böyrəyin punsion biopsiyası neyropatiyaların differensual diaqnozunu qoymağa,qlomerulonefritin variantını təyin etməyə,qırmızı qurd eşənəyini və digər ikincili xəstəlikləri təyin etməyə imkan yaradır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Böyrək xəstəlikləri zamanı müayinə üsulları" haqqında müzakirə