Üçtaylı qapağın çatışmazlığı

  • Müəllif: redaktr
  • Tarix: 19 fevral 2017
  • Baxış sayı: 4 066
  • 0 rəy

Üçtaylı qapağın çatışmazlığı
Üçtaylı qapağın qüsurlarına tez-tez rast gəlinir.Onlar adətən revmatik qüsurların 10-40%-ini təşkil edir və mirtal və aortal-mitral qüsurlarla birlikdə təsadüf edilir.
Üçtaylı qapağın qüsurlarını 2 hissəyə ayırırlar
- üzvi çatışmazlıq
- nisbi çatışmazlıq
Üzvi çatışmazlıq zamanı tayların,əzələlərin və vətər xordalarının morfoloji dəyişiklikləri (büzüşmə,qısalma) baş verir.
Qapağın nisbi çatışmazlığı zamanı isə qapaq aparatında morfoloji dəyişikliklər olmur.Bu zaman qapaq tayları sağ atrioventrikulyar dəliyin vətər halqasının genişlənməsi səbəbindən tam bağlanmır.Bu sağ mədəciyin xeyli genişlənməsi zamanı baş verir.
Üçtaylı qapaq çatışmazlığının inkişaf etməsinin səbəbləri bunlardır:
1 revmatizm
2 infeksion endokardit
3 qapağın nadir hallarda zədələnməsi
Üçtaylı qapağın funksional çatışmazlığının əsas səbəbləri aşağıdakılardır.
- kiçik qan dövranının yüksək hipertenziyası ilə xarakterizə olunan xəstəliklər
- ürəyin mitral qüsurları
- xroniki ağ ciyər ürəyi
- ağ ciyər hipertenziyası əlamətləri
- müxtəlif anadangəlmə ürək qüsurları
- sağ mədəciyin miokard infarktı
Xəstəliyin klinikası qanın sağ mədəcikdən geriyə - sağ qulaqcığa keçməsi,sağ qulaqcıqda durğunluğun əmələ gəlməsi ilə səciyyələnir.Belə xəstələrdə daima təngnəfəslik olur,xəstələrin fiziki aktivliyi azalır.Xəstənin qara ciyəri böyüyür,ağrılı olur.Xəstələr ürəkbulanma,iştahanın olmamasından şikayətlənirlər.Nəbz və arterial təztiq dəyişmir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Üçtaylı qapağın çatışmazlığı" haqqında müzakirə