Miokardın işemiyasında funksional yük sınaqlarının nəticəsi

  • Müəllif: redaktr
  • Tarix: 19 fevral 2017
  • Baxış sayı: 1 766
  • 0 rəy

Miokardın işemiyasında funksional yük sınaqlarının nəticəsi
Miokardın işemiyasının obyektiv təsdiqlənməsi məqsədilə aparılan funksional yük sınaqları zamanı aşağıdakı nəticələr alına bilər:
1 müsbət sınaq
2 mənfi sınaq
3 şübhəli sınaq
4 qeyri-informativ(tamamlanmamış)
Müsbət sınaq
Miokardın işemiyasının təsdiqləyən 3 obyektiv elektrokardioqrafik əlamətlər mövcüddür:
1) Sistolik təzyiq seqmentinin ilkin səviyyəsindən 1,0 mm və ondan çox horizontal və ya çəpinə enən depressiyası
2) Sistolik təzyiq seqmentinin ilkin səviyyəsinin 1,0 mm və ondan çox yavaş çəpinə qalxan depressiyası
3) Sistolik təzyiq seqmentinin ilkin səviyyəsindən 1,0 mm və ondan çox qalxması
Mənfi sınaq
Mənfi sınaq o hallarda sayılır ki,müayinə zamanı pasiyentin ürək vurğularının sayı submaksimal səviyyəyə çatdırılmasına baxmayaraq miokardın işemiyasını təsdiqləyən heç bir kliniki və elektrokardioqrafik əlamətlər aşkarlanmır.
Şübhəli sınaq
Şübhəli sınaq aşağıdakı hallarda müəyyənləşdirilir:
1 Əgər müayinə prosesi zamanı döş qəfəsində stenokardiya üçün tipik və ya atipik ağrı sindromu yaranarsa və bu,EKQ-də işemik əlamətlərlə müşayət olunmursa;
2.ST seqmentinin yerdəyişməsi və ya elevasiyası ilkin səviyyədən 1,0 mm-dən az olan zaman;
3.Əgər müayinə zamanı ürək ritminin və keçiriciliyinin pozulmaları aşkarlanarsa;
4.Əgər yük sınağı zamanı arterial təzyiq ilkin səviyyədən 20mm və çox civə sütunu aşağı enərsə;
Qeyri informativ sınaq
Bu sınaq diğər sınaqlar müxtəlif səbəblərdən yarımçıq qaldığı zaman və işemiyanı təsdiqləyən heç bir kliniki əlamətlər müşahidə olunmadıqda həyata keçirilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Miokardın işemiyasında funksional yük sınaqlarının nəticəsi" haqqında müzakirə