MIOKARDIN AĞRISIZ İŞEMİYASI

  • Müəllif: redaktr
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 648
  • 0 rəy

MIOKARDIN AĞRISIZ İŞEMİYASI
Miokardın ağrısız işemiyası miokardın perfuziyası, metobolizmi, funksiyası və ya elektrik aktivliyinin keçirici pozğunluğu olub, stenokardiya tutmaları ilə müşayət olunur.
Miokardın ağrısız işemiyasnın 3 tipi ayırd edilir:
1-ci tip – koronar arteriyaların hemodinamuk əhəmiyyətli stenozu olub, anamnezində stenokardiya tutmaları, miokard infarktı, ürək ritminin pozğunluqları və ya durğunluq ürək çatmazlığı olan şəxslərdə rast gəlinir.
2-ci tip – anamnezində miokard infarktı olub, stenokardiya tutmaları olmayan şəxslərdə rast gəlinir.
3-cü tip – anamnezində tipik stenokardiya tutmaları və ya onun ekvivalenti olan şəxlərdə rast gəlinir.
Miokardın ağrısız işemiyası zamanı ağrı sindromunun olmaması səbəbləri bu günə qədər tam məlum deyildir. Güman edilir ki, bu prosesdə opioid substansiyalarının artması, ağrı reseptorları hissiyatının enməsi və ağrı hissiyatı həddinin artması mühüm əhəmiyyət kəsb edir.
Miokardın ağrısız işemiyasının baş verməsində bir çox risk faktorları vardır:
– arterial hipertoniya
– şəkərli diabet
– sol mədəciyin dilatasiyası və hipertrofiyası
– durğunluq ürək çatmazlığı
– ürəyin ritm və keçiricilik pozğunluğu
– hiperlipidemiya
– aorta divarının qalınlaşması
Xəstəliyin inkişaf mexanizminə görə gərginlik və spontan stenokardiyası tipi mövcuddur. Kliniki əlamətlərinə görə ağrısız işemiya stabil stenokardiya ilə birgə gedən və qeyri-stabil stenokardiya ilə birgə gedən növlərə bölünür. Ağrısız işemiya təsadüf nəticəsində aşkar edildiyinə görə adətən fəsadları ağır olur. Bunlara aşağıdakılar aiddir:
– miokard infaktı
– ürək ritminin pozulmaları
– qəfləti ölüm
– sol mədəcik çatışmazlığı
Xəstəlik ağrısız, atipik lokalizasiyalı dedişə malik olur. Ağrı tutmaları adətən soyuq və emosional gərginlikdən sonra baş verir. Xəstələr bəzən nitroqliserinə müsbət reyaksiya vermirlər. Miokardın ağrısız işemiyası adətən gənc və orta yaşlı şəxslərdə müşahidə edilir.
DİAQNOZU: Xəstəliyə diaqnoz qoymaq üçün exokardioqrafiya və yük sınaqlarından istifadə edilir. Holter monitoru və 201-Tİ ilə miokardın ssintiqrafiyası diaqnozun qoyulmasında mühüm rol oynayır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"MIOKARDIN AĞRISIZ İŞEMİYASI" haqqında müzakirə