USM (utrasəslə müayinə) hamilə qadınlar üçün zərərlidirmi?
Hamiləlik zamanı USM müayinəsinin zərəli olmasını öyrənmək üçün əvvəlcə onun hansı prinsiplərə əsaslanaraq işləməsini bilmək lazımdır.
USM aparatının kəşfi və onun inkişafında fizika, biologiya, genetika və ginekologiya sahəsində işləyən alimlərin fikirləri nəzərə alınıb.
USM-in işi hansı prinsiplərə əsaslanır?
Aparatın əsas hissəsi onun ötürücü və qəbuledici hisssəsidir. Onun başlıq hissəsində xüsusi plastin vardır. Plastin ötürülən siqnalların deformasiya olunmasına və ultra dalğaların yüksək tezliklə və insanın eşidə bilməyəcəyi səslə daxili orqanlara ötürülməsinə səbəb olur. Bu ultradalğalı səslər toxumalardan keçərək lazım olan yerə qədər gedir və yenidən deformasiya olunaraq geri - aparata dönür. Bu zaman daxili orqanların şəkli ekranda əks olunur. Keyfiyyətli görüntü sayəsində daxili orqanların fəaliyyətini, onlarda baş verən patoloji dəyişiklikləri, hətta doğulacaq uşağın cinsini öyrənmək mümkündür.
USM-lə müayinə zamanı müxtəlif ölçülü dalğalardan istifadə edilir. Hansı dalğalardan istifadə oluması isə müayinənin növündən asılı olaraq dəyişdirilir. USM müayinəsinin hamilə qadınlara zərələri barədə çox sözlər söylənilir, amma bu sözlərin heç biri öz təsdiqini tapmayıb.
USM aparatının müayinəsi və müayinə zamanı şəkil çəkdirməyin zərərli olmadığı aparatın fəaliyyətinə əsaslanır. Müayinə zamanı 3D və 4D formatda çəkilən şəkilin əldə olunması üçün hamilə qadının uşağlığına ötürülən ultra dalğalar uşağa heç bir mənfi təsir göstərmir.
Aşağıdakı hallarda hamilə qadına USM müayinəsi təyin edlir:
* hamiləliyin pozulması təhlükəsi olduğu zaman
* boru hamiləliyi şübhəsi olduğu zaman
* hamilə qadında əvvəllər uşaqsalma, uşağın ölümü baş verdikdə
* vaxtından əvvəl doğum təhlükəsi olduqda
* hamilə qadında və ərində xroniki xəstəliklər olduqda (şəkərli diabet, qan xəstəlikləri)
* hestoz zamanı
* hamilə qadında və ərində rezus faktoru olduqda
* çoxdöllü hamiləlik olduğu zaman
* yaxın qohum evliliyi zamanı
* hamiləlik zamanı daxili orqanlarda patoloji xəstəliklər baş verdikdə
* hamilə qadında və ya ərində irsi xəstəlik olduqda
* kimya müəssisələrində və ya rentgen şüaları olan yerdə işləyən hamilə qadınlar olduqda.
Aşağıdakı hallarda hamilə qadın bir-neçə dəfə müayinə edilir.
Hamilə qadının USM müayinəsindən keçməsi onun yaşadığı ölkənin “Ana və uşaqların mühafizəsi haqqında” qəbul edilən qanununa uyğun olaraq təyin edilir. Qadın məsləhətxanasının qaydalarında hamilə qadının doğuma qədər neçə dəfə müayinə olunması qeyd edilirsə, mama-ginekoloqlar da o sayda müayinə tələb edirlər. Amma digər bəzi patoloji xəstəliklər meydana çıxarsa, müayinənin sayının artırılması münasib sayıla bilər.
1. Adətən ilk USM müayinəsi hamiləliyin 11-14-cü həftəsində təyin edilir. Amma Daun sindromu və bu kimi xəstəliklərin təyin edilməsi üçün hamiləliyin son aylarında müayinələr aparmağa ehtiyac duyulur. Bəzi hallarda isə təcili olaraq USM müayinəsinə ehtiyac duyulur. Bu hallar aşağıdakılardır:
* uşaqlıq qanaxmaları
* qarının aşağı hissəsində sancılar baş verdikdə
* hamiləlik irəlilədikcə qarının böyüməməsi zamanı.
2. Normal hamiləlik zamanı ikinci USM müayinəsi hamiləliyin 20-24-cü həftəsində təyin edilir. Bu zaman uşağın başında və onurğa beynində patologiyanın olub-olmaması müayinə edilir. Daun, Edvard, Patay simptomları da bu dövrlərdə müayinə edilir.
3. Üçüncü USM müayinəsi 31-34-cü həftələrdə təyin edilir. Bu zaman dölün hansı istiqamətdə yerləşməsi, dölyanı maye və göbək ciyəsi müayinə edilir.
Əks göstəriş:
Ultrasəslə müayinənin əks təsiri müəyyən edilməyib. Lakin bu müayinə üsulu meydana çıxdıqdan sonra USM-in ana bətnindəki uşağa təsirini öyrənmək üçün bir çox eksperimentlər keçirilib. Sözsüz ki, bu eksperimentlər heyvanlar üzərində aparılıb. Eksperimentlər aşağıdakıları aşkara çıxarıb.
** DNT molekulları müxtəlif orqan və toxumalara yönəldilən səs dalğalarını akkustik spektrdən ayırd edə bilirlər.
Uzun illər biologiya sahəsində çalışmış alimlər ultrasəs dalğalarının insan geninə təsir etmədiyini söyləyirlər. Alimlər eksperiment zamanı ultrasəslə heyvanın DNT-dən hüceyrələr götürmüş, onu məhlula qoymuş və ultradalğa ilə müayinə etmişlər. Müayinə zamanı ultrasəs dalğalarının DNT molekullarına mənfi təsir etdiyi müəyyən edilməmişdir. Dalğalarla bir-neçə həftə molekullara təsir etdikdə belə molekulların tərkibində dəyişiklik qeyd edilməyib.
** USM müayinəsi zamanı ultradalğalı şüalar uşağa heç bir zərər vermir. Yanlız müayinə zamanı orqanizmdə sərbəst radikallar çox olduğu zaman toksiki radikalların hərəkətliliyini atıra bilir. Onun orqanizm üçün yeganə mənfi təsiri budur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"USM (utrasəslə müayinə) hamilə qadınlar üçün zərərlidirmi?" haqqında müzakirə