Aralıq bölgəsinin iylənməməsi üçün 6 təbii vasitə

  • Müəllif: elnare
  • Tarix: 5 iyun 2017
  • Baxış sayı: 17 176
  • 0 rəy

Aralıq bölgəsinin iylənməməsi üçün 6 təbii vasitə

İntim bölgənin iylənməsi təbii prosesdir. Bu bir çox qadınlarda baş verir. Aralıq bölgənin iylənməsinə isə bakteriyalar səbəb olur. Aşağıdakı 6 təbii vasitə ilə aralığın iylənməsinin qarşısını almaq mümkündür.

1. Alt paltarın dəyişdirilməsi

Bu ən yaxşı vasitələrdən sayılır. İntim zonanın maksimal dərəcədə quru və təmiz qalması üçün alt paltarı tez-tez dəyişmək lazımdır. İsti havalarda bunu gün ərzində 3-4 dəfə etmək lazımdır. Bu ən çox da fiziki hərəkətdən sonra baş verməlidir.

2. Enli alt paltarı

Enli alt paltarı seksual görüntü vermir, amma orqanizm üçün faydalıdır. Çünki, sıx alt paltarları geyinmək zərərlidir. Enli alt paltarı aralıq nahiyəyə havanın rahat işləməsinə səbəb olur və sərinlik bakteriyaları artmasına səbəb olmur. Enli alt paltarı geyinərkən insan tərləmir və iylənmir.

3. Düzgün seçilmiş alt paltarı

Yay aylarında sintetik paltarlarda nə qədər uzaq durularsa, bir o qədər də az tərləmə olar. Yay aylarında mütləq təbii pambıq parçadan tikilmiş alt paltarlı geyinmək lazımdır.

4. Antiperspirant

Antiperspiratdan istifadə etmək tərləməni azaldır. Amma, antiperspirant alarkən tərkibində aliminum xlorid olan perspirant almaq lazımdır. Əvvəlcə aralıq nahiyə su və sabunla yuyulmalı, qurudulduqdan sonra isə antiperspirant sürtülməlidir.

5. Antibakterial sabun

Aralıq nahiyənin iylənməsi orada bakteriyaların və mikrobların yığılması səbəbindən baş verə bilir. Bunun olmaması üçün isə aralıq nahiyənin antibakterial sabunla yuyulması məsləhətdir.

6. Qarğıdalı nişastası

Aralıq nahiyənin iylənməməsi üçün tər vəzilərinin fəaliyyətini azaltmaq lazımdır. Bu məqsədlə yuyunub qurulandıqdan sonra aralıq nahiyəni qarğıdalı nişastası ilə pudralamaq lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Aralıq bölgəsinin iylənməməsi üçün 6 təbii vasitə" haqqında müzakirə