Qoltuqaltı və aralıq nahiyənin tərləməsini, iylənməsini necə aradan qaldırmaq olar?

  • Müəllif: elnare
  • Tarix: 24 iyun 2017
  • Baxış sayı: 11 133
  • 0 rəy

Qoltuqaltı və aralıq nahiyənin tərləməsini, iylənməsini necə aradan qaldırmaq olar? 

Nə qədər makiyaj etsəniz, saçlarınızı boyasanız da qoltuqaltı və ya aralıq nahiyənin tərləməsi, iylənməsi sizə özünüzü komfortlu hiss etditməyəcək. Qoltuqaltının və aralıq nahiyəsinin iylənməsi utancverici və dəhşətli bir şeydir. Amma bəzi xalq təbabəti vasitələri ilə bu problemin öhdəsindən gəlmək mümkündür. Düzdür xalq təbabəti vasitələri ilə tərləməni və iylənməni aradan qaldırmaq antiperisperantların istifadəsindən çətin olur. Amma nəzərə almaq lazımdır ki, bu vasitələr tam zərərsizdir. Tərləmə və iy əleyhinə satılan kimyəvi kosmetik vasitələrin tərkibində olanların orqanizm üçün nə qədər təhlükəli olduğunu düşünsəniz, heç vaxt itirmədən təbii üsularla xoşagəlməz əlamətin aradan qaldırılmasına çalışarsınız. Aşağıdakı təbii vasitələr paltarlarda iz qoymadan, orqanizmə zərər vermədən tərləmənin və iylənmənin qarşısını ala bilir.

Birinci ressept

Çobanyastığı dəmləyin. Dəmləmə üçün 60 qram çobanyastığı qurusunu 2 litr qaynar suda dəmləyin və dəmləməyə 2 xörək qaşığı çay sodası əlavə edib qarışdırırn. Bu məhlulla qoltuqaltında və aralıq nahiyədə əmələ gələn tərləməni, iylənməni aradan qaldırmaq mümkündür.

İkinci ressept

Palıd kökünü dəmləyin. Bunun üçün 1 xörək qaşığı palıd kökü 200 ml qaynar su əlavə edilib dəmlənir, soyuduqdan sonra dəmləmə süzülür və 1 bütöv limonun şirəsi dəmləməyə sıxılıb qarışdırılır. Dəmləmə vasitsilə qoltuqaltı və ya aralıq nahiyə yuyulduqda, silindikdə tərləmə azalır və iy aradan qalxır.

Üçüncü ressept

Aralıq və qoltuqaltı nahiyənin tərləməsinin qarşısını ağcaqayınqatırquyruğu dəmləməsinin qarışımı ilə silərək aradan qaldırmaq mümkündür. Bu zaman hər iki bitkinin qurusunu qarışdırıb 500 ml qaynar suda 5 dəqiqə zəif odun üstündə qaynatmaq lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qoltuqaltı və aralıq nahiyənin tərləməsini, iylənməsini necə aradan qaldırmaq olar?" haqqında müzakirə