Qadınlarda aralıq nahiyənin qaşınması hansı səbəblərdən baş verə bilir?

  • Müəllif: elnare
  • Tarix: 15 mart 2017
  • Baxış sayı: 29 976
  • 0 rəy

Qadınlarda aralıq nahiyənin qaşınması hansı səbəblərdən baş verə bilir?
Qadınların aralıq bölgəsində əmələ gələn qaşınmaların səbəbləri çox müxtəlifdir.Əksər hallarda qadınların aralıq bölgəsində baş verən qaşınmaların səbəbi aşağıdakılar olur:
* allergiya
* infeksion xəstəliklər
* göbələk xəstəlikləri
* bakteriyaların əmələ gətirdiyi xəstəliklər
* uroloji xəstəliklər
* şəkərli diabet xəstəliyi
* cinsiyyət orqaninda quruluğun artması
* depilyasiya
* qoturluq
* hormonal disbalansın pozulması
* zöhrəvi xəstəliklər
Aralıq nahiyədə meydana çıxan qaşınmalar şəkərli diabet,pielonefrit,endokrin sistemin xəstəliklərinin ilkin əlamətləri olaraq da meydana çıxır.Bu zaman qaşınmanı əmələ gətirən səbəblər araşdırılır və xəstəlik müalicə edildikdə qaşınma da aradan qalxır.Qanda şəkərin normallaşması, pielonefrit zamanı iltihabi prosesin sağalması, hoprmonal disbalansın normallaşması qaşınmanın aradan qalxmasına səbəb olur.
Bəzi hallarda alt geyimləri və istifadə edilən intim gellər də aralıq nahiyədə qaşınmalara səbəb olur.
Menopauza dövründə də qadınların aralıq nahiyələrində qaşınmalar baş verə bilir. Bunun səbəbi uşalıq yolunun normal mikrofloraya malik olmaması və quruluğun olmasıdır.
Mütəxəssislər aralıq nahiysində qaşınma olan qadınların mütləq ginekoloqa müraciət etmələrini məısləhət bilir. Belə ki, qaşınmanın əsas səbəbi mütləq tapılmalı və aradan qalxmalıdır.
Qaşımanı törədən səbəblərdən ən çox rast gəlinəni aralıq nahiyınin disbakteriozu və hormonal pozulmalar səbəbli baş verən infeksion xəstəliklərdir.
Mütəxsisslər araqlıq nahiyədə qaşınma olduöu zaman həmin nahiyəıni iltihab əleyhinə və antiseptik bitki dəmləmələri ilə yumağı,təmiz qurutduqdan sonra isə duru yağ sürtməyi məsləhət bilir. Qaşınma əlamətlərini aradan qaldırmaq məqsədilə aralıq nahiyəyə çaytikanı yağı və ya nanə yağı ilə günəbaxan yağının qarışımını sürtməkdə çox fayda var.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qadınlarda aralıq nahiyənin qaşınması hansı səbəblərdən baş verə bilir?" haqqında müzakirə