Aralıq nahiyələrinin qırxan qadınlar mütləq oxusunlar

  • Müəllif: elnare
  • Tarix: 12 aprel 2017
  • Baxış sayı: 12 056
  • 0 rəy

 Aralıq nahiyələrinin qırxan qadınlar mütləq oxusunlar

Qadınların aralıq nahiyələrinin tüklərini qırxmalarının tarixi çox illər əvvəllərə gedib çıxır. Demək olar ki, qadınların əksəriyyəti intim zonalarının tüklərindən bu vasitə ilə xilas olurlar.

Mütəxəssislər qadınlara bu vərdişdən uzaq durmağı tələb etmirlər, amma onlar qadınlara bu prosedurun qadınlar üçün risk olduğunu xatırladırlar.

Amerikada çap olunan “ Mamalıq və ginekologiya” jurnalında orqanizmin bu hissəsindəki tüklərin qırxılmağının təhlükəli olması barədə məqalə yazılıb. Məqalədə qadınların az sayda olanları intim bölgələrini gözəllik salonlarında təmizlətdiyi, əksəriyyətinin isə özləri tərəfindən qırxıldığı qeyd olunmuşdur.
Tüklərin qırxıldığı zaman dəridə kiçik sıyrıqlar və ya kəsilmələr baş verə bilir. Hətta bəzi qadınlar aralıq nahiyəni təmizlədikdən sonra onlarda qaşınmalar meydana gələ bilir.  

Mütəxəssislər həmin nahiyədə tər vəzilərinin çox olduğunu və orada bakteriyaların aslanlıqla artıb çoxaldığını qeyd edərək bu bakteriyaların infeksion xəstəliklərə səbəb ola biləcəyini söyləyirlər. Onlar hətta aralıq nahiyəsində bitən tüklərin orqanizmdə bir baryer rolunu oynadığını qayd edirlər. Bu baryer isə cinsiyyət orqanlarına infeksiyaların düşməsinin qarşısını alır.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Aralıq nahiyələrinin qırxan qadınlar mütləq oxusunlar" haqqında müzakirə