Qadınların gigiyena qaydalarına əməl edərkən buraxdıqları 7 səhv
Qadınların gigyena qaydalarına əməl edərkən buraxdıqları 7 səhv
İntim bölgənin düzgün gigyenası
Qadınlar üçün intim bölgənin gigyenası mühüm sayılır. İntim bölgənin təmiz olması qadınlarda özgüvənin və komfort hissinin yüksək olmasına səbəb olur. Gigyena qaydalarına düzgün əməl eləmək isə müxtəlif xəstəliklərdən və problemlərdən uzaq durmağa səbəb olur. İntim bölgənin təmiz olması orada mikrofloranın pozulmamasına və infeksion xəstəliklərin əmələ gəlməməsinə səbəb olur. Bəzi qaydalar vardır ki, qadınlar gigyena qaydalarına əməl edərkən onları pozurlar. Bu qaydalara aşağıdakılar aiddir.1-ci səhv
Təbiət özü insanın cinsi orqanını qabaq, anusu isə arxa tərəfdə yaradıb. Anus bolgədə təbii olaraq bakteriyalar daha çoxdur. Bu bağırsaq möhtəviyyatı və s.ilə əlaqədar olur. İntim zonanı da yuduqda qabaqdan arxaya doğru yumaq lazımdır. Arxadan qabağa doğru yuyunmaq anus nahiyədəki bakteriyaların uşaqlıq yoluna düşməsinə və infeksiya xəstəliklərinin əmələ gəmləsinə səbəb olur.2 – ci səhv
Qadınlar intim bölgələrinə qulluq edərkən keyfiyyətsiz parfümeriyadan istifadə edirlər. Keyfiyyətsiz sabun və gigyenik vasitələr intim bölgənin mikroflorasının pozulmasına səbəb olur. Ən çox da intim zonanın pH balansının pozulması cinsiyyət dodaqlarında və vulvada iltihab əlamətlərinin əmələ gəlməsinə səbəb olur.3 – cü səhv
İntim bölgəni duşla yumaqHeç vaxt intim zonanı duşla yumaq olmaz! Suyun şırınqa ilə axması zamanı suda olan mikroblar uşaqlıq yoluna asanlıqla daxil ola və orada infeksion xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilir. Əgər sizdə axıntı və ya pis qoxu varsa o zaman mütlq həkimə müraciət edin və ginekoloqlar tərəfindən uşaqlıq yolunun yuyulmasını xahiş edin.
4 – cü səhv
Düzgün qidalanmamaqPivə ilə duza qoyulmuş qidalar yedikdə qadınların intim bölgələrində xoşagələməz qoxu olur. Çoxlu miqdar şirniyyat yemək də vaginada qoxunun əmələ gəlməsinə səbəb olur. Bir sözlə orqanizmdə göbələk əmələ gətirən bütün qidalar vaginada göbələk xəstəliklərinin əmələ gəlməsinə və pis qoxumasına səbəb olur. Vaginal zonanın özünün xoşladığı qidalar vardır. Bu qidalara balqabaq şirəsi, qatıq, alma sirkəsi aiddir. Bu qidalar kandidozun əmələ gəlməsinin qarşısını alır.
5 – ci səhv
Düzgün seçilməmiş alt geyimiƏgər sizdə uşaqlıq yolunun infeksiyaları varsa o zaman sintetik, krujevalı alt geyimlərundən əl çəkməlisiniz. Ən yxşı alt geyimi açıq rəngli və təbii parçalardan tikilməli və hava keçirən olmalıdır. Çimərlikdə yaş alt geyimi il gəzmək də düzgün hesab edilmir.
6-cı səhv
Tamponlar və gigyenik bezlərİntim bölgə istiliyi və nəmişliyi sevmir. Bu səbəbdən də gündəlik bezləri hər 2 saatdan bir dəyişmək lazımdır. Nəmlənmiş və ya aybaşı zamanı qanla dolmuş bezlər vaxtında dəyişilmədikdə infeksiya xəstəlikləri əmələ gəlir. Bu səbəbdən də bezlərdən istifadə edərkən pula qənaət etmk lazım deyil. Keyfiyyətsiz və ya vaxtında dəyişilməyən bezlər təhlükəli sayılır.
7 –ci səhv
Qadınlar intim bölgələrində olan qaşınmaları, geyişmələri, qıcıqlanmaları, axıntını bəzən normal qəbul edir və həkimə müraciət etmirlər. Bu isə daha da ciddi xəstəliklərin əmələ gəlməsinə səbəb olur.Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qadınların gigiyena qaydalarına əməl edərkən buraxdıqları 7 səhv" haqqında müzakirə