Qış aylarında soyuqdan necə qorunmalı?

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 2 500
  • 0 rəy

Qış aylarında soyuqdan necə qorunmalı?
Soyuq havada bəzi qaydalara əməl etmək lazımdır. Bu qaydalara aşağıdakılar aiddir:
1. Soyuq və sərt qışda bayırda qalacağınız müddəti əvvəlcədən nəzərdən keçirib, buna uyğun olaraq qalın geyinməniz lazımdır. Çünki soyuq havada çox qaldıqda orqanizmin müdafiə qüvvəsi aşağı düşür və xəstələnməyə bəhanə olur.
2. Qat-qat geyinin. Çünki qat-qat geyinmək orqanizmə daxil olan soyuğun qarşısını alır və insanı soyuqdəymədən qoruyur.
3. Sintetik tərkibli  paltar geyinmək əvəzinə, təbii və tərinizi hopdura biləcək paltarlar geyinin.
4. Burun, qulaq, baş, əllər, ayaqlar və barmaqlar – yəni soyuğa ən davamsız bədən üzvlərinizə diqqət yetirin. Həmin yerlərinizi soyuqdan daha çox qoruyun.
5. Üzünüzü soyuqdan qorumaq üçün mütləq bürünün. Çünki sinusit, haymorit, orta qulağın və badamcıqların iltihabı soyuq səbəbli baş verə bilir.
6. Ağciyər və ürək-damar xəstələrinin soyuq havalarda qorunmağa ehtiyacı var. Ona görə də belə xəstələr sərt soyuqlarda evdən çıxmamğa üstünlük verməlidirlər.
7. Mütəxəssislər havanın temperaturu aşağı olduğu zamanlarda bir-neçə corab geyməyi məsləhət bilir. Amma şəkər xəstələrinə bir-neçə corab geyinən zaman geniş ayaqqabı geyməyi tövsiyə edir.
8. Mütəxəssislər yüksək təzyiqli və ürək-damar xəstələrinin soyuq havalarda bayıra çıxarkən öz dərmanlarını da yanlarında götürməyi məsləhət bilir.
9. Soyuq havalarda mütləq gözləri qorumaq lazımdır. Eynək qarlı vaxtlarda gözü qurumadan, külək və soyuqdan, qarın parlaqlığının gözə təsirindən qoruyur.
10. Soyuq havalarda orqanizmi isidən sulu yeməklərlə qidalanmaq lazımdır. Qış aylarında çay, kofe kimi içkilər içməkdənsə, itburnu, cökə, nanə-limon çayı içmək daha münasib sayılır. Çünki bu dəmləmələr burun-boğaz xəstəliklərinin qarşısını alır.
11. Mütəxəssislər qış aylarında vitaminli qidalanmaya üstünlük vermənizi məsləhət bilir. Xüsusən də günəş şüası olmadığı üçün D vitamini qəbul etmək sağlamlıq baxımından çox faydalıdır.
Həkimlər qış aylarında ən çox aşağıda adları çəkilən qrupa daxil olan insanları soyuqdan qoğunmağı mütləq sayır:

– yaşlılar
– körpələr
– ağciyər xəstələri
– ürək-damar xəstələri
– xərçəng xəstəliyindən müalicə alanlar
– qaraciyər çatışmazlığından əziyyət çəkənlər
– xroniki böyrək çatışmazlığı xəstələri
– immun sistemi zəif olanlar.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qış aylarında soyuqdan necə qorunmalı?" haqqında müzakirə