Qeyri-adi dada malik döş əti qızartması
Qeyri-adi dada malik döş əti qızartması. Siz hələ bu cür dadlı döş əti yeməmisiniz.
Bütün qadınlar toyuq ətindən öz mətbəxində istifdə edir. Dieta saxlayanlar isə toyuğun yanlız döş ətindən istifadə edirlər.Döş əti tez bişir və az kaloriyə malikdir. Sizə asan başa gələn və çox dadlı bir resept təqdim edirik.
Lazım olanlar:
* döş əti – 4 ədəd
* ərik – 250 qram
* pendir – 100-150 qram
* sarımsaq – 2 diş
* smetan – 2-3 xörək qaşığı
* duz, istiot, xoşladığınız ədviyyat
Hazırlanması:
Döş əti təmiz yuyulur. Uzunu istiqmətində orta hissəsndən cib şəklində kəsilir. Döş ətinin içərisinə ən çox xoşladığınız ədviyyatlar və duz səpilir və ortadan bölünmüş əriklər ətin içərisinə qoyulur. Pendir xırdalnır və smetanla qarışdırılıb ətin kəsik atılan hissəsindən içərisinə doldurulur. Döş ətinin kəsilən hissəsi diş çöpləri ilə birləşdirilir və qaba yığılır. Ətin üstündən duz, isitiot,ədviyyatlar səpilir və üstünə rəndələnmilş pendir qoyulub sobada bişirilir.
Döş əti 180*-də 40 dəqiqə ərzində bişirilib hazır olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qeyri-adi dada malik döş əti qızartması" haqqında müzakirə