Sobada xırt-xırt börək
Lazım olanlar:
- 2 ədəd yuxa
- 4 diş sarımsaq
- 2 xörək qaşığı kəklikotu
- 8 xörək qaşığı smetan
- yarım stəkan zeytun yağı
- 100 qram rəndələnmiş pizza pendiriQ
- 2 ədəd yumurta.
Hazırlanması:
Dərin bir qabın içərisinə smetan, yumurtaların ağı, zeytun yağı, kəklikotu, rəndələnmiş sarımsaq və pendir qoyulub yaxşı-yaxşı qarışdırılır. 1 ədəd yuxa stolun üstünə qoyulur, onun yarısına hazırladığımız qarışımdan yayılır və yuxa qutab kimi qatlanır. Sonra qutab1 barmaq enində kəsilir. Daha sonra lent şəklində kəsilmiş yuxanın hər iki tərəfindən bərk basılaraq spiral şəklində burulur.
Tavaya yağlı kağız sərilir və burulub üzərinə yumurta sarısı sürtülmüş yuxalar əvvəlcədən 160 dərəcədə isidilmiş sobada qızarana qədər bişirilir.
Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Sobada çıtır börək
15 yanvar 2017
Sobada ətli böyrək
14 yanvar 2017
Taco pizza ruleti
15 yanvar 2017
Taco pizza ruleti
15 yanvar 2017
Doyduran pizza
29 yanvar 2017
İSPANAQLI BÖRƏK
16 yanvar 2017
Qozlu kişmişli rulet
15 yanvar 2017
Lavaş böyrəyi
15 yanvar 2017
Göbələkli küftə
15 yanvar 2017
"Sobada xırt-xırt börək" haqqında müzakirə