Sobada çıtır börək

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 1 814
  • 0 rəy

Sobada çıtır börək.
Lazım olanlar:
* 4 ədəd təzə yuxa
* lazım olan qədər su.
Üzərinə sürtməyə:
* 1 kasa duru yağ
* 1 ədəd yumurta sarısı.
İçlik üçün:
* 150 qram ağ pendir
* 1 stəkan pizza pendiri
* 1 dəstə cəfəri.
Pendirlər rəndələnir, xırda doğranmış cəfəri ilə qarışdırılıb kənara qoyulur.
Yuxalar üst-üstə qoyulub üçbucaq şəklində eyni boyda kəsilir. Kəsilmiş hər yuxanın içərisinə 1 qaşıq pendir qarışımından qoyulub şəkildəki formada bükülür. Bükülmüş börəklər suya batırılıb yağlı kağız sərilmiş listə düzülür. Börəklərin üzərinə yumurta sarısı və yağ qarışımı sürtülüb çörəkotu səpilir və əvvəlcədən 180* qızdırılmış sobada qızarana qədər bişirilir.
Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sobada çıtır börək" haqqında müzakirə