Qozdan hazırlanmış çox faydalı qida
Qozdan hazırlanmış çox faydalı qida
Qozun orqanizmə faydası barədə xalq təbabətində bir çox əfsanələr və söyləntilər var. Qozun kaloriliyi və müalicəvi xüsusiyyətləri onun qeyri-adi meyvə olduğunu bildirir. Qoz həm Şərq təbabətində, həm də Qafqaz ərazisində orqanizm üçün ən fayalı qidalardan sayılır. Qoz beyin fəaliyyətini stimulyasiya edir. Qoz ləpəsinin insan beyninə bənzəməsi barədə danışılan əfsanələrdə bu barədə çoxlu qeydlər var. Qoz barədə yazılan əfsanələrdə onun insan beyninə və zəkasına təsiri olduğu yazılır. Buna səbəb isə onu tərkibində olan Omeqa3 yağının çox olmasıdır. Bu isə beyin hüceyrələrinin formalaşmasında mühüm rol oynyır. Qoz çox kalorilidir. Onun 100 qramında 654 kalori var. Qoz mədə-bağırsaq fəaliyyətinin də yaxşılaşmasına səbəb olur.
Qozun tərkibində olan maddələr ürək-damar xəstəlikləri üçün çox faydalıdır. Qoz yemək qanın laxtalanmasını azaldır, tromb əmələ gətirmək riskini aradan qaldırır.Şərq təbabətində yaşıl qozdan hazırlanmış dəmləmədən stenokardiya, aritmiya və infarkt xəstəliklərinin müalicəsində istifadə edilir. Qoz maaddələr mübadiləsinin də yaxşılaşmasında böyük rol oynayır.
Qozun kosmetalogiyada da istifadəsi öz keyfiyyətli bəhrsini verir. Yaşil qozun tərkibində olan yod qalxanabənzər vəzi xəstəlikləri zamanı çox faydalıdır.
Qozla balın qarışımından hazırlanmış qida vasitəsinin dəyərini isə həkimlər milyon dollarlarla ölçürlər. Çünki bu qarışım bütün xəstəliklərin dərmanıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qozdan hazırlanmış çox faydalı qida" haqqında müzakirə