Amerika alimləri qiqant varanın qanından antibiotik tapıblar.
Amerika alimləri qiqant varanın qanından antibiotik tapıblar.
Amerikanın bioloqları Komoda adasında qiqant kərtəntələyə rast gəliblər. Bu kərtənkələnin uzunluğu 3 metr, çəkisi isə 80 kiloqrama yaxın olub. Kərtənkələ indiyə kimi rast gəlinən ən iti kərtənkələ olduğu sübut edilib. Kərtənkələ Floridanın zooparkına verilmişdir.
Corc Meyson Universitetinin alimləri dünyada iri kərtəkələlərin nəslinin kəsildiyini güman etdiklərini düşündüklərinə görə bu kərtənkələnin qanını analiz eləmiş və Nyu York Tayms qəzetinə açıqlama vermişlər. Açıqlamada kərtənkəlnin qanında tapılan maddələrin bakteriyalar əleyhinə təsir göstərdiyi qeyd edilmişdir. Onlar kərtənkələnin qanında tapdıqları maddənin analoqunun olmadığını qeyd etmişlər. Kərtənkələnin qanından laborator şəraitdə siçanlar üzərində itifadə etmişlər. Alimlərin gördükləri onları heyrətləndirmişdir. Kərtənkələnin qanının yaraları qısa zamanda sağaltdığı, qrammənfi və qrammüsbət bakteriyaları məhv etdiyi sübut edilmişdir.
Mütəxəssislər bunun vəhşi kərtənkələnin həddindən artıq güclü immunitetə malik olması ilə əlaqələndirirlər. Mütəxəsisləri təəccübləndirən isə hər il milyonlarla dollar pulun antibiotiklərə xərcləndiyi və minlərlə insanın antibiotik qəbulundan öldüyü bir zamanda vəhşi kərtənkələnin qanının belə sağlam olmasıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Amerika alimləri qiqant varanın qanından antibiotik tapıblar." haqqında müzakirə