Ağ ciyər arteriyasının tromboemboliyası

  • Müəllif: redaktr
  • Tarix: 18 fevral 2017
  • Baxış sayı: 8 133
  • 0 rəy

Ağ ciyər arteriyasının tromboemboliyası
Ağ ciyər arteriyasının tromboemboliyası böyük qan dövranı venalarında və ya sağ mədəcik boşluğunda yaranan,qan axını vasitəsilə kiçik qan dövranına gətirilən tromb hissəcikləri tərəfindən ağ ciyər arteriya kökünün və ya mənfəzinin tutulmasıdır.Ağ ciyər arteriyasının və ya kökünün,yaxud şaxəsinin tromb ilə tutulması ağ ciyər arteriyasının generalizə olumuş spazmı ilə müşayət olunur.Bu proses ağ ciyərdə qan axınının kəskin məhdudlaşmasına səbəb olur.
Ağ ciyər arteriyasının tromboemboliyası müxtəlif xəstəliklərin,travmaların və cərrahi müdaxilələrin geniş yayılmış ağırlaşmasıdır.Bu ölüm səbəbləri arasında üçüncü yeri tutur.Təəssüflə qeyd etmək lazımdır ki,bu xəstəliyə 50% hallarda diaqnoz qoymaq mümkün olmur.Trombun əmələ gəlmə səbəbləri aşağıdakılar hesab edilir:
* bədxassəli şişlər
* hipodinamiya
* məcburi yataq rejimi
* aşağı ərtaf sümüklərinin travmaları
* cərrahi müdaxilələr
* qocalıq və ahıl yaş
* xroniki ürək çatmazlığı
* piylənmə
* şəkərli diabet
* aşağı ətraf venalarının xroniki çatışmazlığı
* eritremiya
* qırmızı qurd eşənəyi
Ağ ciyər arteriyasının tromboemboliyasının əmələ gəlməsinə arteriyanın mənfəzinin mexaniki daralması səbəb olur.Bu isə hemodinamikanın pozulması səbəbindən baş verir.Yarandığı yerdən qopan tromb qan axını vasitəsilə kiçik qan dövranına gətirilir və hissəciklərə parçalanır. Buna görə də əksər hallarda ağ ciyər arteriyasının müxtəlif ölçülü şaxələrinin çoxsaylı emboliyası baş verir.Bu zaman ağ ciyər arteriyasının mexaniki tromboemboliyası ilə yanaşı,kiçik qan dövranının arteriyalarının da spazmı baş verir ki,nəticədə ağ ciyər damarlarının müqaviməti daha da artır.Xəstəlik özünü aşağıdakı əlamətlərlə biruzə verir:
- təngnəfəslik
- döş sümüyünün arxasında ağrılar
- bəlğəmsiz öskürək
- aşağı təzyiq
- ağ ciyər infaktı baş verərsə qanhayxırma
Müayinə zamanı xəstənin dəri örtüyünün sianozlu olması və əsasən boyun hissədən yuxarının sianozlaşması diqqəti cəlb edir.
Xəstəliyə diaqnoz qoymaq üçün dərin venaların ultrasəs və doppler müayinəsinin nəticələri əsas götürülür. Exokarioqrafiya və angioqrafiyanın da nəticələri xəstəliyin diaqnozu və müalicəsi zamanı vacib hesab edilir.
Müalicə tromb əleyhinə vasitələrdən istifadə etməklə aparılır.Lazım gələrsə cərrahi müalicə aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ağ ciyər arteriyasının tromboemboliyası" haqqında müzakirə