Ağciyər arteriyası qapağının çatışmazlığı

  • Müəllif: elnare
  • Tarix: 30 dekabr 2016
  • Baxış sayı: 2 364
  • 0 rəy

Ağciyər arteriyası qapağının çatışmazlığı.
Ağciyər arteriyası qapağının çatışmazlığı ağciyər arteriyasının qapağının taylarının örtülməməsi ilə xarakterizə olunur. Bu diastola zamanı ağciyər arteriyasından sağ mədəciyə qanın patoloji requrgitasiyasına və sağ mədəciyin yüklənməsinə səbəb olur.
Xəstəliyə nadir hallarda rast gəlinir. Xəstəliyin 2 növü ayırd edilir:
–  Ağciyər arteriyası qapağının üzvi çatışmazlığı.
Bu patologiyanın əmələ gəlməsinə (qapağın büzüşməsi və deformasiyaya) gətirib çıxaran xəstəliklər aşağıdakılardır:
– infeksion endokardit
– revmatizm
– Marfan sindromu
– sifilis və s.
Ağciyər arteiyası qapağının nisbi çatışmazlığı:
Nisbi çatışmazlığın əmələ gəlməsinə kəskin ağciyər hipertenziyası, ağ ciyər arteriyası kökünün və qapağının fibroz dəliyinin genişlənməsi olan xəstələrdə rast gəlinir. Bu xəstəliklər aşağıdakılardır:
– mitral stenoz
– ağciyər ürəyi
– birincili ağciyər ürəyi
– ağciyər arteriyasının trombaemboliyası.
Ürəyin bu qüsurunda olan hemodinamik dəyişikliklər aorta qapağın çatışmazlığında olan kimidir.
Ağciyər arteriyası qapağının çatışmazlığı zamanı aşağıdakı patologiyalar meydana çıxır:
1. Diastola zamanı qanın geriyə qayıtması nəticəsində sağ mədəciyin yüklənməsi ilə əlaqədar hipertrofiya və dilatasiya inkişaf edir.
2. Əvvəllər ağciyər arteriyasının hipertenziyası olan xəstələrdə ağciyər arteriyası qapağının çatışmazlığının meydana gəlməsi sağ mədəcik əlamətlərini genişləndirir.
3. Ağciyər arteriyasında nəbz təzyiqi kəskin artır.
Xəstəlik özünü ağciyər hipertenziyası, sağ mədəciyin hipertrofiyası və dilatasiya əlamətləri ilə biruzə verir. Ağciyər arteriyasının qapağının çatışmazlığında daha vacıb kliniki əlamət döş sümüyünün sol kənarı boyunca üfürücü diastolik küydür.
Xəstəliyə diaqnoz qoymaq üçün EKQ, exokardioqafiya və rentgenoloji müayinə üsullarından istifadə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ağciyər arteriyası qapağının çatışmazlığı" haqqında müzakirə