Qəfil ölümlərin sayı artıb, diqqətli olun! Səbəbini bilmək üçün aşağıdakıları mütləq oxuyun!

  • Müəllif: elnare
  • Tarix: 2 mart 2017
  • Baxış sayı: 14 785
  • 0 rəy

Qəfil ölümlərin sayı artıb, diqqətli olun! Səbəbini bilmək üçün aşağıdakıları mütləq oxuyun!
Qəfləti ölümlərin son vaxtlar sayı çoxalıb. Bu hər hansı bir narahatçılığı olmayan, psixoloji və fiziki sağlam adamlarda baş verən ölümlər qəfləti ölüm hesab edilir. Ən çox da orta yaşlı insanlar arasında baş verən qəfləti ölümlərin sayının çoxalması Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də təsdiqlənib.
Mütəxəssislər baş verən qəfləti ölümlərin aşağıdakı səbəblərdən baş verə biləcəyini söyləyirlər:
* miokardın hipertrofiyası ilə müşayiət olunan hər hansı ürək xəstəliyi
* aortanın stenozu
* durğunluq ürək çatışmazlığı
* kardiogen şok
* ürəyin tamponadası
* ağciyər arteriyasının tromboemboliyası.
Ürək səbəbli qəfləti baş verən ölümlərin içərisində qəfləti koronar ölüm 80-85% hallarda baş verir. Bu cür ölümün baş verməsi üçün aşağıdakı xüsusiyyətlər səciyyəvidir:
* Ölüm baş verən zaman şahidlər əlamətlərin 1 saat ərzində cərəyan etdiyini söyləyirlər.
* Şahidlər ölüm baş verməzdən əvvəl heç bir qorxulu, ciddi hadisə baş vermədiyini qeyd edirlər.
* Ölümün baş verməsinə kənar travmalar səbəb olmur.
Xəstənin ölümünə səbəb olacaq əlamətlərin başlaması və ölümün baş verməsi arasında olan zamanı aşağıdakı formalara ayırırlar:
1. Ani ölüm.
2. Sürətli koronar ölüm ( bu bədbəxt hadisənin əlamətlərinin yaranmasından sonra bir saat ərzində baş verir).
Qəfil ölüm şübhəsi olan aşağıdakı adamlar risk altında sayılırlar:
* infarkt xəstələri
* stenokardiya xəstələri
* aritmiya ilə müşayiət edilən ürəyin işemik xəstələri
* qan dövranı çatışmazlığından əziyyət çəkən infarktlı xəstələr
* yüksək təzyiqdən əziyyət çəkənlər
* şəkərli diabet xəstələri.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qəfil ölümlərin sayı artıb, diqqətli olun! Səbəbini bilmək üçün aşağıdakıları mütləq oxuyun!" haqqında müzakirə