Ağ ciyər alveolları funksiyasının pozulması

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 3 001
  • 0 rəy

Ağ ciyər alveolları funksiyasının pozulması
Ağ ciyər alveollarının funksiyası aşağıdakı xəstəliklər zamanı pozulur:
- pnevmoniya
- emfizema
- pnevmoskleroz
- atelektaz və s.
Pnevmoniya xəstəliyi zamanı ağ ciyər alveollarının bir hissəsi eksudatla tutulur və qaz mübadiləsində iştirak etmir.Beləliklə ağ ciyərləri tənəffüs səhti kiçilir,eksudatın tərkibinə daxil olan H və K ionları alveol divarında olan azan sinir respiratorlarının adi qıcıqlandırıcılara qarşı həssaslığını artırır.Bu zaman tənəffüs səthi  tezləşmiş olur.
Ağ ciyər emfizeması zamanı alveol divarlarının elastikliyinin azalması müşahidə edilir.Bu xəstəlik zamanı alveolarası çəpərlər nazikləşir və atrofiyaya uğrayır.Bu zaman ağ ciyərdə iri hava boşluqları əmələ gəlir,zədələnmiş alveolların epitel hüceyrələri birləşdirici toxuma elementləri ilə əvəz olunur,ağ ciyər kapillyarlarının əksəriyyətində qan cərəyanı kəsilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ağ ciyər alveolları funksiyasının pozulması" haqqında müzakirə