Beyin insultu-işemik insult

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 6 260
  • 0 rəy

Beyin insultu-işemik insult

ETİOLOGİYASI:

İşemik insultların əsas etioliji səbəbinə ateroskleroz,arterial təzyiq və onların birlikdə olması,eləcə də qanın laxtalanma qabiliyyətini artıran və onun formalı elementlərinin aqressivliyini yüksəldən amillər aiddir.Şəkərli diabet, ürək ritminin pozulmaları ilə müşayət olunan ürək xəstəlikləri da işemik insultların baş vermə səbələrindən biridir.
PATOGENEZİ:

İşemik insultların yaranmasının əsas patogenetik mexanizmlərindən biri başın magestral arteriyalarından biri və ya kəllədaxili arteriyaların mənfəzinin ateroskleroz nəticəsində daralmasıdır.Lipid kompleksin arteriya daxilində çökməsi damarın endotel təbəqəsinin zədələnməsinə gətirib çıxarır, sonra burada ateromatoz düyüncüklər formalaşır.Formalı elementlərin çökməsi nəticəsində düyüncük böyüyür,damar mənfəzinin daralmasına gətirib çıxarır. Aterosklerotik düyüncüklərin formalaşması ən cox iri damarların haçalandığı zonalarda, əsasən də yuxu arteriyasının və onurğa arteriyalarının mənsəbinin yaxinlığında yerlaşir.
Beyin arteriyasının mənfəzinin daralması iltihabı xəstəlikdir-artritlər zamanı müşahıdə edilir.Əksər hallarda beyin damar sisteminin quruluşunda anadangəlmə inkişaf qüsurları,damarların hipoplaziyası və aplaziyası,onların patoloji burulmaları şəklində müəyyən edilir.
İşemik insultun inkişafında onurğa arteriyalarının patoloji dəyişmiş fəqərələr arasında sıxılması da mühüm rol oynayır.
Beyin qan dövranının öz-özünü tənzimləmə mexanizminin pozğunluqları da işemik insultun əmələ gəlməsi üçün risk faktorudur.Bu zaman xeyli dərəcədə artmağa və azalmağa meyilli olan qeyri stabil arterial təzyiq kəskin serebral işemiyaya gətirib çıxara bilir. Miokardın kəskin infarktı ,qanitirmələr beyin arteriyalarının daralmasına gətirib çıxarır. Bu xəstəliklərin də uzun müddət sürməsi damarın tutulmasına səbəb ola bilir.
Tromb səbəbli işemik insultlar da baş verir ki,bu qanın laxtalandırma sisteminin fəallaşması fonunda baş verir .Tromb qan dövranının ləngimiş sahələrində əmələ gəlir.Bu vəziyyət qan hüceyrələrinin miqdarı çoxaldıqda (leykozlar,polisistemiyalar) və ya orqanizm susuzladıqda baş verir.
Embolik işemik insultu bir çox hallarda ürək xəstəlikləri yaradır.
Yağ emboliyaları və qaz emboliyaları səbəbindən baş verən insult növü də var ki,bu xəstəliyə nadir hallarda rast gəlinir.
ƏLAMƏTLƏRİ:

Huşun itməsi,bədənin bəzi həssələrində ağrı hissinin olmaması,yaddaşın pozulması,baş ağrıları , qusma Həkim xəstəyə diaqnozu anamnezdən və xəstə üzərində apardığı əl ,ayaq ,nitq testlərindən sonra təyin edir.Müayinə zamanı KT -nin nəticəsi da diaqnozun qoyulmasında böyük rol oynayır.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Beyin insultu-işemik insult" haqqında müzakirə