Vitaminəbənzər maddələr
İlk dəfə 1936-cı ildə macar alimi A.Sent-Dyerdinin apardığı tədqiqatdan aydın olmuşdur ki,limon şirəsinin və qırmızı istiotun tərkibində olan flavon törəmələri kapilyar keçiriciliyin kəskin surətdə artması ilə əlaqədar olan və C vitaminin təsirindən keçməyən bəzi xəstəliklərə müalicəvi təsir göstərir.Buna görə həmin maddələrə P vitamini (permeabiliti - keçiricilik) adı verilmişdir.
Bitki mənşəli flavonoid törəmələrinin insan və heyvan orqanizmində kapilyar keçiriciliyini azaltmaq qabiliyyətinə malik olan böyük bir qrupu P vitamini adı altında birləşdirilir.Bitkilərdə olan flovonoid maddəsi biofovonoidlər adlandırılır.Tibb elminə 600-dən çox tərkibində flovonoid maddəsi olan bitki məlumdur.Bu maddələr qarabaşaq yarpağında,sitrus bitkilərinin qabığında,yaşıl çay yarpaqlarında,zeytunda və s.də olur.
Orqanizmə daxil olmuş bioflavonoidlərin bir hissəsi biokimyəvi dəyişikliyə uğrayır,fenol turşulara çevrilir.Onların əsas hissəsi orqanizmdən sidik vasitəsilə xaric olunur.
Vitaminəbənzər maddələrdən biri inozitdir - B8 vitamini.Bu vitamin yaxşı bişmiş ətin suyunda olur.
Digər vitaminəbənzər maddə lipoy turşusudur ki,1951-ci ildə mütəxəssislər qaramalın qara ciyərində tapıblar.Lipoy turşusu neytral yağların qara ciyərdə toplanmasının qarşısını alır və xolesterinin sintezinin azaldır.
Orat turşusu (B13 vitamini) heyvan toxumalarında,bitkilərdə və mikroorqanizmlərdə geniş yayılmışdır.O da vitaminəbənzər maddələr sırasına daxildir.
Panqam turşusu(vitamin B15)öküzün qara ciyərində tapılan vitaminəbənzər maddədir.
Karnitin(B-t vitamini) ilk dəfə maya göbələkciklərinin və qara ciyərin ekstraktının tərkibində aşkar edilib.
U vitamini ilk dəfə 1949-cu ildə çiy kələm şirəsində tapılıb.
Xolin(B4 vitamini)çatışmazlığı orqanizmdə maddələr mübadiləsinin pozulmasına səbəb olur.Orqanizmin xolinə qarşı təlabatının səviyyəsi qidanın tərkibində olan zülalların,B12 vitamininin və fol turşusunun miqdarından asılıdır.
Vitaminəbənzər maddələr də vitaminlər kimi orqanizm üçün vacib sayılan elementlərdəndir,hansı ki, onların varlığının insanın sağlam həyatında rolu böyükdür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Vitaminəbənzər maddələr" haqqında müzakirə