YUMURTANIN FAYDALARI

  • Müəllif: elnare
  • Tarix: 6 yanvar 2017
  • Baxış sayı: 5 283
  • 0 rəy

YUMURTANIN FAYDALARI.
Protein qidaların içərisindən ən çox yumurtanaın tərkibində var. Çünki yumurtanın tərkibində insan orqanizmi üçün xaricdən lazım olan enzim turşuları var. Yumurtada olan protein, qəbil olunduğu andan orqanizmin proteininə çevrilir.
Alimlərin araşdırmalarına görə yumurta böyüməkdə olan uşaqların sağlamlığı üçün vacibdir.
Yumurtanın tərkibində A, D, E və B qrup vitaminlər var.
A vitamibni gözlərin görmə qabiliyyətini yaxşılaşdırır, sümüklərin inkişafı və dişlərin sağlamlığı üçün vacibdir. Bədəndəki hüceyrələrin yeniləıməsində A vitaminin böyük rolu var. Gündə 1 qaynadılmış yumurta yemək orqanizmin A vitamininə olan ehtiyacını ödəyir.
D vitamini insan bədənindəki kalsiumun sintezinə yardım edir. Yumurtanın sarısı ilə Günəş şüasında olan vitamin D uşağın sağlam böyüməsi üçün kifayətdir.
E vitamini də yumurtanın tərkibində yetərincə var. E vitamini insan bədənini zərərli maddələrdən qoruyur.
B vitamini orqanizmə daxil olan qida maddələrinin enerjiyə çevrilməsində mühüm rol oynayır. Bu vitamin dəri və göz sağlığı üçün gərəklidir.
Bunlardan başqa yumurtanın tərkibində dəmir, sink və digər minerallar var. Yumurtanın tərkibində az miqdarda yağ var. İri bir yumurtada 4,4 qram civarında yağ olur. Bunun 1,5 qramı doymuş yağ turşuları, qalanları isə doymamış yağ turşularıdır.
1 yumurtanın (44 qram) tərkibində aşağıdakı maddələr var:
– 4 qr yağ
– 32,6 mq omeqa 3
– 505 mq omeqa 6
– 186 mq xolesterol
– 5,5 mq protein
– 214 IU A vitamini
– 15,4 IU D vitamini
– 0,4 mq E vitamini
– 0,2 riboflovin
– 0,1 mq B6
– 0,6 mq B12
– 5,2 mq maqneizum
– 84 mq fosfor
– 0,5 mq sink.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"YUMURTANIN FAYDALARI" haqqında müzakirə