Qara yemişanın faydaları.
100 qram qara yemişanın tərkibində olanlar:
- Zülallar – 1 qr
- Yağlar – 0,5 qr
- Karbohidratlar – 6,6 qr
- Su – 87,7 qr
- Kalori – 39 kKal.
Qara yemişanın tərkibi qiymətli maddələrlə zəngindir. Bu səbəbdən də o ən yaxşı dərman bitkilərindən hesab edilir. Onu toplamaq və saxlamaq çox çətindir. Əsasən qara yemişanı yetişən zaman yeyirlər. Təzə halda onun tərkibindəkilər orqanizm üçün daha çox faydalı olur. Qara yemişan unikal tərkibə malik olan giləmeyvələrdəndir. O damarların divarını möhkəmləndirir, ürəyin işini yaxşılaşdırır, mədəaltı vəzin və bağırsaqların sağlamlığını qoruyub saxlayır. Qara yemişan hüceyrələrin qocalmasını ləngidir, beynin qocalmasının qarşısını alır. O sinqa xəstəliyinin qarşısını alır, orqanizmə ödqovucu, skleroz əleyhinə, kardiotonik, hipotenziv və iltihab əleyhinə təsir bağışlayır. Onun dəmləməsi arterial təzyiqi aşağı salır, sklerozlaşmanın qarşısını alıq, kapilyar damarları təmizləyir, revmatizm, angina xəstəliklərinin əlamətlərini azaldır. Qara yemişan kapilyar damar xəstəliklərinin sağalmasına səbəb olur. Mütəxəssislər şəkərli diabet xəstələrinə yemişandan istifadə etməyi məsləhət bilir. O qanda şəkərin miqdarının azalmasına səbəb olur, maddələr mübadiləsini yaxşılaşdırır. Qurumuş yemişan dəmləməsi də orqanizmə eyni təsiri bağışlayır. Dəmləməni hazırlamaq üçün 1 qaşıq yemişan qurusunu 15 dəqiqə qaynadıb içmək lazımdır. Qara yemişanın yarpaqları da orqanizm üçün çox faydalıdır. Yarpaqlarının dəmləməsindən istifadə edərkən həkimlə məsləhətləşmək lazımdır. Qara yemişanın yarpaqlarının dəmləməsi ürək xəstəlikləri və qəbizlik zamanı istifadə edilir.
Davamlı olaraq yemişan yemək və ya onun dəmləməsini içmək görmənin yaxşılaşmasına və bəzi göz xəstəliklərinin sağalmasına səbəb olur. O orqanizmdən radioaktiv zərərli maddələrin, ağır metal zəhərlənmələrinin xaric olmasına səbəb olur.
Qara yemişan dəmləməsi qanın laxtalanmasının qarşısını alır. Onu yaşlı adamlara fiziki gücünü bərpa eləmək məqsədilə təyin edirlər.
Qara yemişanın xərçəng hüceyrələrinə qarşı mübarizə aparması elmdə öz sübutunu tapıb. Qara yemişan az kalorili giləmeyvələrdəndir. Onun tərkibində şəkər, zülal, orqanik turşular(benzoy, limon, alma, sirkə və s.), liflər, qətran maddələr, rəngli maddələr və pektin var.
Onun tərkibi karotin, C, A, B, K, P, PP vitaminləri ilə zəngindir. Bu vitaminlərin qarışımı isə kapilyar vena damarlarının genişlənməsinə səbəb olur. 100 qram qurudulmuş qara yemşanın tərkibində olanlar:
- B1 vitamini – 0,02 mq
- B2 vitamini – 0,02 mq
- PP vitamini – 0,3 mq
- C vitamini – 16 mq
- A vitamini – 0,29 mq
- Kalsium – 16 mq
- Fosfor – 13 mq
- Dəmir – 0,8 mq.
Onu həddindən çox miqdarda qəbul eləmək olmaz. Bu əzələlərin funksiyasına pis təsir edə bilər və əzələlərdə oksigen azlığı əmələ gələ bilər. Hamilə və uşaqəmizdirən qadınlar qara yemişandan istifadə edən zaman ehtiyyatlı olmalıdırlar. Bu onlarda intoksikasiyaya və uşaqda allergiyaya səbəb ola bilər.
Öd kisəsinin diskineziyası zamanı qara yemişandan istifadə eləmək məsləhət deyil. Bu öd kisəsinin kəskin xəstəliklərinə səbəb ola bilər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qara yemişanın faydaları." haqqında müzakirə